8 C
Baku
Thursday, December 12, 2024

E-commerce üzrə layihə rəhbəri – Azərpoçt

0
E-commerce üzrə layihə rəhbəri – Azərpoçt
Bakı
27.09.2023

Vəzifə öhdəlikləri:

  • E-Ticarət əməliyyat proseslərində, sifariş və logistika idarəçiliyin təmin edilməsi;
  • Şirkətin ümumi məqsədlərinə və bazar tendensiyalarına uyğun olaraq karqo layihəsi üçün hərtərəfli strateji planlar hazırlanması və icra edilməsi;
  • Sosial media marketinq fəaliyyətinin e-ticarətlə uyğunluğunun təşkil edilməsi;
  • Layihənin genişlənməsinə, şaxələndirilməsinə və uzunmüddətli davamlılığına rəhbərlik etmək üçün tədbirlər planı hazırlanması;
  • Əməliyyat maneələrini və təkmilləşdirilməsi lazım olan sahələrin müəyyən edilməsi; səmərəliliyin artırılması və prosesləri sadələşdirmək üçün strategiyalar hazırlanması və həyata keçirilməsi;
  • Trendlərin müəyyən edilməsi, əməliyyat performansının ölçülməsi və təkmilləşdirilməsi, fəaliyyət planlarını hazırlamaq üçün məlumatları və əsas performans göstəricilərinin (KPI) təhlil edilməsi;
  • Müştərilər və maraqlı tərəflərlə onların xüsusi karqo tələblərini anlamaq və yüksək səviyyədə müştəri məmnuniyyətini təmin etmək üçün sıx əməkdaşlıq edilməsi;
  • Performans hədəflərinə çatarkən resursların sərfəli şəkildə bölüşdürülməsini təmin edərək, əməliyyat büdcəsini hazırlanması və idarə edilməsi;
  • Xərclərə qənaət imkanlarını müəyyənləşdirmək və əməliyyat xərclərini optimallaşdırmaq üçün strategiyaların həyata keçirilməsi;
  • Yük daşıyıcıları, nəzarətçilər və logistika koordinatorları da daxil olmaqla əməliyyat heyətinə rəhbərlik etmək və onlara nəzarət edilməsi;
  • Yüklərin sənaye standartlarına və qaydalarına uyğun olaraq idarə olunmasını, saxlanmasını və daşınmasını təmin etmək üçün keyfiyyətə nəzarət tədbirlərini həyata keçirilməsi və tətbiq edilməsi;
  • Lazımi icazə və lisenziyaları saxlamaq üçün müvafiq tənzimləyici orqanlarla əməkdaşlıq edilməsi.

Vəzifə üzrə tələblər:

  • Ali təhsil (Biznesin idarə edilməsi, Logistika, Təchizat Zəncirinin İdarəedilməsi, vəya Layihə idarəedilməsi olması üstünlükdür)
  • E-commerce üzrə üzrə minimum 2 il iş təcrübəsi;
  • Səlis Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi üstünlükdür);
  • Yükün idarə edilməsi prosedurları, daşıma rejimləri və logistika prinsipləri haqqında güclü anlayış.
  • Yüklərin izlənməsi, inventarların idarə edilməsi və əməliyyat təhlili üçün müvafiq proqram və sistemlərdən istifadə bacarığı.
  • Əla ünsiyyət və təqdimat bacarığı
  • Analitik düşüncə, nəticəyönümlülük və problem həll etmə bacarığı;
  • Ünsiyyətcillik, komandada işləmə və liderlik bacarıqları;

İş şəraiti:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ;
  • Korporativ nömrə ilə təmin olunma ;
  • Bazar rəqabətli əmək haqqı ;
  • İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  “E-commerce üzrə layihə rəhbəri” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər. [email protected]