Vakansiyanın təsviri
• elmi-metodiki və elmi işlərə rəhbərlik edir; kafedraların elmi-metodiki və elmi-tədqiqat işlərini, elmi konfransları təşkil edir;
• doktorantların (tədqiqatçıların) hazırlanmasına və elmi-pedaqoji kadrların ixtisasının artırılmasına nəzarət edir;
• beynəlxalq elmi əlaqələri genişləndirir, elmin informasiya təminatını gücləndirir; elmi nailiyyətlərin tətbiqi üzrə tədbirlər görür;
• tələbə elmi cəmiyyətlərinə, elmi-tədqiqat bölmə və laboratoriyalarına rəhbərlik edir.
Xüsusi tələblər
• elmi dərəcə və ya elmi ad;
• ali təhsil müəssisələrində pedaqoji və ya rəhbər vəzifələrdə minimum 5 il əmək stajı;
• ən azı B2 səviyyəsində ingilis dili bilikləri (digər xarici dil biliklərinin olması arzuolunandır);
• liderlik və idarəetmə bacarığı;
• innovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;
• tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;
• yüksək kommunikasiya bacarığ
Tələb olunan sənədlər:
- tərcümeyi-hal;
- ali təhsili təsdiq edən sənədlərin surəti;
- dərc olunmuş elmi məqalələrin siyahısı;
- müşayiətedici məktub (motivasiya, proqramlarla bağlı baxış – maksimum 500 söz);
- tövsiyə edən şəxslər barədə məlumat (2 nəfər).
Qeyd 1: universitetdə daimi əsaslarla işləyən əməkdaşlar Xankəndi şəhərində tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzillə təmin olunacaqlar.
Qeyd 2: məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının qeyd olunması vacibdir. Bildiririk ki, yalnız müvafiq vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Rəqabətədavamlı əməkhaqqı təklif olunur.
Müraciət üçün son tarix: 8 iyul 2024-cü il
Elektron poçt ünvanı: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |