9 C
Baku
Thursday, December 12, 2024

Elm və innovasiya məsələləri üzrə prorektor – Qarabağ Universiteti

0
Elm və innovasiya məsələləri üzrə prorektor – Qarabağ Universiteti
Qarabağ
03.07.2024

Vakansiyanın təsviri

• elmi-metodiki və elmi işlərə rəhbərlik edir; kafedraların elmi-metodiki və elmi-tədqiqat işlərini, elmi konfransları təşkil edir;
• doktorantların (tədqiqatçıların) hazırlanmasına və elmi-pedaqoji kadrların ixtisasının artırılmasına nəzarət edir;
• beynəlxalq elmi əlaqələri genişləndirir, elmin informasiya təminatını gücləndirir; elmi nailiyyətlərin tətbiqi üzrə tədbirlər görür;
• tələbə elmi cəmiyyətlərinə, elmi-tədqiqat bölmə və laboratoriyalarına rəhbərlik edir.

Xüsusi tələblər

• elmi dərəcə və ya elmi ad;
• ali təhsil müəssisələrində pedaqoji və ya rəhbər vəzifələrdə minimum 5 il əmək stajı;
• ən azı B2 səviyyəsində ingilis dili bilikləri (digər xarici dil biliklərinin olması arzuolunandır);
• liderlik və idarəetmə bacarığı;
• innovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;
• tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;
• yüksək kommunikasiya bacarığ

Tələb olunan sənədlər:

 

  • tərcümeyi-hal;
  • ali təhsili təsdiq edən sənədlərin surəti;
  • dərc olunmuş elmi məqalələrin siyahısı;
  • müşayiətedici məktub (motivasiya, proqramlarla bağlı baxış – maksimum 500 söz);
  • tövsiyə edən şəxslər barədə məlumat (2 nəfər).

Qeyd 1: universitetdə daimi əsaslarla işləyən əməkdaşlar Xankəndi şəhərində tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzillə təmin olunacaqlar.
Qeyd 2: məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının qeyd olunması vacibdir. Bildiririk ki, yalnız müvafiq vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Rəqabətədavamlı əməkhaqqı təklif olunur.
Müraciət üçün son tarix: 8 iyul 2024-cü il
Elektron poçt ünvanı: [email protected]

 

Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları