19 C
Baku
Sunday, April 28, 2024

Əmək təhlükəsizliyi üzrə kiçik mütəxəssis (Şəmkir) – Shamkir Agropark

0
Əmək təhlükəsizliyi üzrə kiçik mütəxəssis (Şəmkir) – Shamkir Agropark
Şəmkir
14.02.2024

İş barədə məlumat:

  • Müəssisədə əməyin mühafizəsi və texniki təhlükəsizlik işinin təşkili, əlaqələndirilməsi və planlaşdırılması, əməyin mühafizəsinin vəziyyətinə, uçotuna, təhlilinə nəzarətin təşkili üzrə tədbirlər planı hazırlayır;
  • Müəssisənin bölmə rəhbərləri və mütəxəssislərlə əlaqəli şəkildə müəssisədə əmək şəraitinin və əməyin mühafizəsinin daha da yaxşılaşdırılması üzrə illik tədbirlər planı hazırlayır və təsdiq olunması üçün rəhbərliyə təqdim edir;
  • Müəssisənin bölmə rəhbərləri və mütəxəssisləri ilə birlikdə yuxarı təşkilatların və nəzarət orqanlarının əməyin mühafizəsi üzrə göstərişlərinin yerinə yetirilməsi, yoxlamalar nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlər planı hazırlayır və baxılması üçün rəhbərliyə təqdim edir;
  • İstehsalat xəsarətlərinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırmasını təşkil edir;
  • Müəssisənin bölmə rəhbərləri ilə birlikdə istehsalat xəsarətlərini təhlil edir və istehsalat xəsarətlərinin qarşısının alınması üçün tədbirlər görür;
  • Müəssisənin bölmə rəhbərləri və mütəxəssisləri ilə birlikdə köhnəlmiş mühafizə vasitələrinin təkmilləşdirilməsi, yeni vasitələrin tətbiqi haqqında təkliflər hazırlayır (çəpərləmə, müdafiə qurğuları, ventilyasiya sistemləri, işıqlandırma, işarəvermə və s.);
  •  İşçilərin təhlükəsizliyinin təmin edilməsi üzrə qabaqcıl təcrübəni öyrənir və bu təcrübənin müəssisədə tətbiq olunmasını təşkil edir;
  • Əməyin mühafizəsinin öyrədilməsini və təbliğini təşkil edir, əməyin mühafizəsi üzrə təlimlərin keçirilməsi, işçilərin ƏM üzrə biliklərinin yoxlanmasını təşkil edir və bu işin cədvəlini hazırlayır;

Namizədə tələblər:

  • Ali texniki təhsilinin olması;
  • SƏTƏM və ya əməyin təhlükəsizliyi  üzrə ən azı 1 il iş təcrübəsinin olması;
  • SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması;
  • Kən Təsərrüfatı sistemində işləyə bilmə bacarığı.
  • Təşkilati bacarıqlar,Təşəbbüskarlıq,Təzyiq altında işləmək bacarığı.
  • İşdə yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermək bacarığı.
  • Ünsiyyət və münasibət qurma bacarığı,Məsuliyyətli və Pozitiv yanaşma.
  • Strateji yanaşma və planlı düşüncə tərzi.Komanda ilə birgə işləmək bacarığı
  • Azərbaycan dilinin biliyi. Rus və İngilis dili bilikləri arzu olunandır

Əlavə məlumat:

  • İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
  • İş yeri Şəmkir ş.

Maraqlanan şəxslər öz CV formalarını SƏTƏM(Şəmkir) başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.

CV-lərin təqdim ounması ilə bağlı son tarix 29/02/2024