13 C
Baku
Wednesday, May 15, 2024

Etibarlılıq üzrə böyük mühəndis – SOCAR Downstream Management

0
Etibarlılıq üzrə böyük mühəndis – SOCAR Downstream Management
Bakı
22.02.2024

Vakansiyanın təsviri

  • SOCAR NEZ və Neft-Kimya Biznes bölməsinin Bütünlük və Etibarlılıq rəhbərliyi tərəfindən müəyyən edilmiş fəaliyyətləri planlaşdırmaq və həyata keçirmək;
  • Mövcud qaydalar, sənayenin ən yaxşı təcrübələri, beynəlxalq norma və standartlara əsaslanaraq etibarlılıq fəaliyyətinin planlaşdırılması və həyata keçirilməsini icra etmək; Müvafiq qeyd və məlumatların dolğun, düzgün rəsmləşdirilməsinin aparılması və auditlərə təqdim edilməsi üçün hazırlanmasını icra etmək; Təkmilləşdirmə və inkişaf üçün təkliflər vermək;
  • Risklərin idarə olunmasını təmin etməklə SDM-in Neft Emalı və Neft-Kimya Sənayesinin İSG, aktivlərin imkanları, keyfiyyət və istehsal sahəsində məqsədlərinə nail olunmasını təmin etmək üçün etibarlılıq üzrə meneceri dəstəkləmək;
  • Aktivlərin İdarə Edilməsi Sisteminin Quraşdırılması Layihəsinin icrası üçün işləmək; Müvafiq əlaqələndirici şəxslə razılaşdırılmaqla RCM, RBİ, SİL, DEM və s. seminarların təşkili, monitorinqi, qiymətləndirilməsi və hesabat vermə proseslərində fəal iştirak etmək;
  • SDM-in NEZ və Neft-Kimya Sənayesinin müvafiq komitələrinə etibarlılıq KPİ-lərinin hesabatının verilməsində top meneceri dəstəkləmək;
  • SDM–in NEZ və Neft-Kimya Sənayesinin etibarlılığına qeyri-normal yüksək texniki xidmət xərclərinə və ya istehsalatın itkisinə səbəb olan aktivlərin (Pis Aktivlərin) müəyyən edilməsində iştirak etmək, lazımi tədbirlərin görülməsini təmin etmək və etibarlılığı artırmaq üçün Əsas Səbəb Təhlili (RCA), Statistik Prosesə Nəzarət, Səhv Ağacı Təhlili və s. metodlardan istifadə edərək avadanlığın dəyişdirilməsi və ya istismardan çıxarılması kimi tədbirlərə dair təkliflər vermək;
  • Etibarlılıq hesabatlarının hazırlanmasını icra etmək; SDM-in NEZ və Neft-Kimya Sənayesinin etibarlılıq göstəricilərini mütəmadi olaraq izləmək və yeniləmək və təkmilləşdirilməsi üçün təkliflər vermək;
  • Yeni aktivlərin layihəsi və yığılması və ya mövcud aktivlərin dəyişdirilməsi zamanı Aktivin Həyat Dövrü Xərclərinin (LCC) idarə edilməsi prosesini dəstəkləmək;
  • Lazım gəldikdə ACA, RCM, HAZOP, SIL, 5 WHY, RCA və s. işçi qruplarında fəal iştirak etmək və müvafiq tədbirlər görmək;
  • İşçilərinin peşəkar və şəxsi inkişafı üçün  zəruri olan bacarıq, inkişaf sahələrini izləmək və bu barədə rəhbərliyə məlumat vermək;
  • SDM-in NEZ və Neft-Kimya Sənayesinin SƏTƏMM (İSG) tələbləri və hədəfləri barədə məlumatlı olmaq, işçi heyətini və subpodratçıları buna uyğun istiqamətləndirmək;  Məsul olduğu sahədə (ərazidə) bədbəxt hadisələrin qarşısının məqsədilə qüvvədə olan SƏTƏMM (İSG) qaydalarına riayət olunması üçün zəruri nəzarəti həyata keçirmək və aidiyyəti işçilərə xəbərdarlıq etmək;
  • SDM-in NEZ və Neft-Kimya Sənayesinin etibarlılıq fəaliyyətinin səmərəliliyinin və keyfiyyətinin artırılmasını dəstəkləmək;
  • Vəzifə sahəsi ilə bağlı tabe olduğu rəhbər tərəfindən ona həvalə edilmiş vəzifə öhdəliklərini yerinə yetirmək;
  • İş vaxtından əlavə saatlarda fövqəladə və adi zənglərə cavab vermək, zərurət yarandıqda iş vaxtından artıq işləmək, lazım gəldikdə iş saatlarından sonra çağrış üzrə dəstək göstərmək;
  • İnteqrasiya edilmiş İdarəetmə Sistemləri fəaliyyətlərinə uyğun olaraq, səlahiyyətləri daxilində bölməyə birbaşa və ya dolayısı ilə aid olan planlaşdırma, həyata keçirmə, monitorinq və təkmilləşdirmə fəaliyyətini səmərəli şəkildə həyata keçirmək;
  • Vəziyyətin monitorinqi (titrəmə (vibrasiya) təhlili və s.) üsulları vasitəsi ilə proqnozlaşdırıcı texniki xidmət tədbirlərinin həyata keçirilməsi; Verilənlər bazasının yaradılması, həyacan səviyyəsinin müəyyən edilməsi, ölçmələrin aparılması, təhlillərin keçirilməsi, hesabatların tərtib edilməsi və çətinliklərin aradan qaldırılması üçün fəaliyyətlərin həyata keçirilməsini icra etmək;
  • AR-nın qanunlarına, qaydalarına və SDM-in siyasətinə, vizyonuna, korporativ dəyərlərinə, qanuni və digər tələblərə, habelə SOCAR və SDM-in etik qaydalarına, təlimatlarına, strategiyalarına və məqsədlərinə uyğun fəaliyyət göstərmək; tabeliyində və vəzifələrdə olan kadrlar tərəfindən müvafiq qaydaların, siyasətlərin və digər tələblərin qəbulunu və yayılmasını təmin etmək;
  • Öz sahəsinə aid olan məlumatların və sənədlərin düzgünlüyünü yoxlamaq;
  • Tabe olduğu vəzifədə olan şəxsə səlahiyyətinə aid olan işlərlə bağlı müntəzəm və səmərəli hesabat vermək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühit mədəniyyətinə uyğun davranmaq, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək, uyğunsuzluq aşkar edildikdə rəhbər vəzifədə olan şəxsə və SƏTƏMM (İSG) üzrə səlahiyyətli işçilərə məlumat vermək;
  • Yeni obyektlərin və ya avadanlıqların layihəsi və yığılması və ya mövcud avadanlıqların dəyişdirilməsi zamanı vəzifə öhdəlikləri və etibarlılıq şöbəsinin üzərinə düşən proseslərdə fəal iştirak etmək və müvafiq hesabatları tərtib etmək.

Xüsusi tələblər

  • Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını və digər normativ hüquqi aktlarını, təlimatları, avadanlıqlar və qurğuların istismarı, təmiri, yoxlanmasına texniki nəzarətin aparılmasına dair normativ-metodiki sənədləri, milli və beynəlxalq standartları, Əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələləri üzrə SOCAR tərəfindən təsdiq olunmuş “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin Vahid idarəetmə Sistemi”ni, SOCAR-ın və SDM-in əmrlərini, SDM-in Nizamnaməsini, daxili İntizam Qaydalarını, BED haqqında Əsasnaməni və bu vəzifə təlimatını bilməlidir;
  • İngilis dili biliyi mükəmməl səviyyədə olmalı;
  • Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook).
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər