“Kredit Evi” MMC Ağcabədi filialı üçün “Filial Müdiri” vakansiyası elan edir.
Müdir üçün Tələblər :
- Ali ixtisas təhsili (iqtisadiyyat, biznes / menecment sahəsində təhsili olanlara üstünlük verilir);
 - Maliyyə/Kredit sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən idarəetmədə minimum 3 il iş təcrübəsi;
 - Azərbaycan dilini mükəmməl bilmək;
 - Daxili motivasiya və prinsipiallıq;
 - Öyrənmək və öyrətmək bacarığı (kredit mütəxəssislərinin hazırlanması ilə bağlı iş təcrübəsinin olması);
 - Şəhərin inzibati ərazi bölgüsünü yaxşı tanıması;
 - Regionda və əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olması;
 - Yüksək idarəetmə qabiliyyəti və analitik (maliyyə təhlili üzrə) biliklər.
 
Vəzifə və öhdəlikləri:
- Filial işçilərinin illik qiymətləndirmə prosesində iştirak etmək;
 - Bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq;
 - Kreditlərin təsdiqi prosesinə rəhbərlik etmək, kredit müqavilələrini təsdiqləmək.
 - Filialın kredit portfelinin keyfiyyətini və məhsuldarlığını təhlil etmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
 - Kreditlərin tam həcmdə və vaxtında qaytarılmasını təmin etmək (problemli kreditlərlə işləyərək, onları idarə etmək). Portfelin bütün problemləri haqqında dərhal rəhbərliyi məlumatlandırmak;
 - Filialın Aktiv Kredit Portfelinin riskə məruz qalan hissəsinin riskdən çıxarılmasında və sağlamlaşdırılmasına nəzarət etmək;
 - Filialın marketinq planının hazırlanması, kredit mütəxəssisləri üzrə ərazi bölgülərinin hazırlanması və təkliflər verilməsi;
 - Filialın illik büdcəsinin və əməliyyat planlarının işlənib hazırlanmasında iştirak etmək və təsdiq olunmuş plana uyğun olaraq icranı təmin etmək.
 - Qarşıya qoyulmuş kredit planı hədəfləri yerinə yetirmək
 
Tələblərə cavab verən şəxslər şəkilli cvlərini (şəkilli cv mütləqdi) [email protected] ünvanına göndərə bilərlər.
Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Ağcabədi – Müdir). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
İşin aid olduğu sahə
| Kateqoriya | Filial müdiri | 

