10 C
Baku
Thursday, December 12, 2024

Filial müdiri – “Kredit Evi” QSC

0
Filial müdiri – “Kredit Evi” QSC
Bakı
12.11.2020

 “Kredit  Evi” QSC Sumqayıt filialı üçün “Filial Müdiri” vakansiyası elan edir.

 

Müdir üçün Tələblər :

  • Ali ixtisas təhsili (iqtisadiyyat, biznes / menecment sahəsində təhsili olanlara üstünlük verilir);
  • Maliyyə/Kredit sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən idarəetmədə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl bilmək;
  • Daxili motivasiya və prinsipiallıq;
  • Öyrənmək və öyrətmək bacarığı (kredit mütəxəssislərinin hazırlanması ilə bağlı iş təcrübəsinin olması);
  • Şəhərin inzibati ərazi bölgüsünü yaxşı tanıması;
  • Regionda və əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olması;
  • Yüksək idarəetmə qabiliyyəti və analitik (maliyyə təhlili üzrə) biliklər.

Vəzifə və öhdəlikləri:

  • Filial işçilərinin illik qiymətləndirmə prosesində iştirak etmək;
  • Bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq;
  • Kreditlərin təsdiqi prosesinə rəhbərlik etmək, kredit müqavilələrini təsdiqləmək.
  • Filialın kredit portfelinin keyfiyyətini və məhsuldarlığını təhlil etmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
  • Kreditlərin tam həcmdə və vaxtında qaytarılmasını təmin etmək (problemli kreditlərlə işləyərək onları idarə etmək). Portfelin bütün problemləri haqqında dərhal rəhbərliyi məlumatlandırmaq;
  • Filialın Aktiv Kredit Portfelinin riskə məruz qalan hissəsinin riskdən çıxarılmasına və sağlamlaşdırılmasına nəzarət etmək;
  • Filialın marketinq planının hazırlanması, kredit mütəxəssisləri üzrə ərazi bölgülərinin hazırlanması və təkliflərin verilməsi;
  • Filialın illik büdcəsinin və əməliyyat planlarının işlənib hazırlanmasında iştirak etmək və təsdiq olunmuş plana uyğun olaraq icranı təmin etmək.
  • Qarşıya qoyulmuş kredit planı hədəfləri yerinə yetirmək

Tələblərə cavab verən şəxslər şəkilli cvlərini (şəkilli cv mütləqdi)   [email protected]  ünvanına göndərə bilərlər.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Sumqayıt – Müdir). Əks təqdirdə belə müraciətlərin namizədliyinə baxılmayacaq.

 

İşin aid olduğu sahə

KateqoriyaFilial müdiri