16 C
Baku
Friday, April 26, 2024

Filial müdiri – “Kredit Evi” QSC

0
Filial müdiri – “Kredit Evi” QSC
Kredit evi
19.08.2019

“Kredit  Evi” QSC yeni açılacaq olan Qəbələ, Saatlı, Astara, Quba, Siyəzən, Göyçay, Ağsu, Xaçmaz, Sabirabad, Şəmkir, Masallı və Şamaxı  filialları üçün “Filial Müdiri” vakansiyası elan edir.

Müdir üçün Tələblər :

  • Ali ixtisas təhsili (iqtisadiyyat, biznes / menecment sahəsində təhsili olanlara üstünlük verilir);
  • Maliyyə/Kredit sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən idarəetmədə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl bilmək;
  • Daxili motivasiya və prinsipiallıq;
  • Öyrənmək və öyrətmək bacarığı (kredit mütəxəssislərinin hazırlanması ilə bağlı iş təcrübəsinin olması);
  • Şəhərin inzibati ərazi bölgüsünü yaxşı tanıması;
  • Regionda və əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olması;
  • Yüksək idarəetmə qabiliyyəti və analitik (maliyyə təhlili üzrə) biliklər.

 Vəzifə və öhdəlikləri:

  • Filial işçilərinin illik qiymətləndirmə prosesində iştirak etmək;
  • Bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq;
  • Kreditlərin təsdiqi prosesinə rəhbərlik etmək, kredit müqavilələrini təsdiqləmək.
  • Filialın kredit portfelinin keyfiyyətini və məhsuldarlığını təhlil etmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
  • Kreditlərin tam həcmdə və vaxtında qaytarılmasını təmin etmək (problemli kreditlərlə işləyərək, onları idarə etmək). Portfelin bütün problemləri haqqında dərhal rəhbərliyi məlumatlandırmak;
  • Filialın Aktiv Kredit Portfelinin riskə məruz qalan hissəsinin riskdən çıxarılmasında və sağlamlaşdırılmasına nəzarət etmək;
  • Filialın marketinq planının hazırlanması, kredit mütəxəssisləri üzrə ərazi bölgülərinin hazırlanması və təkliflər verilməsi;
  • Filialın illik büdcəsinin və əməliyyat planlarının işlənib hazırlanmasında iştirak etmək və təsdiq olunmuş plana uyğun olaraq icranı təmin etmək.
  • Qarşıya qoyulmuş kredit planı hədəfləri yerinə yetirmək

 

     Tələblərə cavab verən şəxslər şəkilli cvlərini (şəkilli cv mütləqdi)   [email protected] ünvanına göndərə bilərlər.

    Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Filialın adı – Müdir). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşin aid olduğu sahə

KateqoriyaFilial müdiri