16 C
Baku
Saturday, April 27, 2024

Filial müdiri – Prior Leasing

0
Filial müdiri – Prior Leasing
Bakı
22.07.2021

İşəgötürən: “Prior Leasing” ASC
Vəzifə: Filial müdiri

İşin təsviri:

– Filialın fəaliyyət dairəsinin genişləndirilməsi, yeni müştərilərin filiala cəlb olunması, prosedurların tələblərinə müvafiq yüksək keyfiyyətli xidmət göstərilməsini təşkil, nəzarət və təmin etmək və bu sahədə təkliflər vermək.
– Filialda birbaşa marketinq tədbirlərini təşkil etmək, bu tədbirlərin səmərəliliyinin yüksəldilməsi ilə bağlı təkliflər vermək.
– Fəaliyyət göstərdiyi filial tərəfindən biznes proseslər, müştəri məmnuniyyəti və digər keyfiyyət standartlarının düzgün və səmərəli formada tətbiq edilməsini təmin etmək.
– Filialda müştəri xidmətlərinin keyfiyyətinin yüksək səviyyədə olmasını təşkil etmək.
– Filial tərəfindən kreditlərin verilməsi üzrə ümumi planın, hər bir işçi üzrə fərdi planların yerinə yetirilməsinə nəzarət etmək, həmçinin filialın inkişaf planlarının hazırlanmasında bilavasitə iştirak etmək.
– Bütün kredit emal prosessini daxili qaydalarına müvafiq olaraq tətbiq edilməsini təşkil və nəzarət etmək.
– Monitoriq planına uyğun olaraq işi planlaşdırmaq və icrasına nəzarət etmək.

Namizədə dair tələblər:

– Bəy namizəd
– Mövcud sahədə ali təhsil
– Filial müdiri kimi 3 il təcrübəsi (BOKT, bank sahəsində işləyən namizədlərə üstünlük veriləcək)
– Azərbaycan dili
– MS Office proqramları
– Sürücülük vəsiqəsi- B kateqoriya

İş qrafiki:

– 6 günlük iş həftəsi
– Ə/h – 1300 azn

Maraqlanan namizədlər mövzu yerində “Filial müdürü (Gəncə)” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaFilial müdiri, Lizinq