10 C
Baku
Thursday, December 12, 2024

Filial Müdiri (Tovuz)

0
Tovuz
22.12.2023

Bank Olmayan Kredit Təşkilatı Tovuz şəhərində yerləşən filialı üçün FİLİAL MÜDİRİ vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • Filialın işçi heyətinin idarə olunması;
  • Filial əməkdaşlarının effektivliyi, peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq;
  • Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;
  • Filial kredit komitəsində iştirak etmək və komitəyə sədrlik etmək;
  • Filialın büdcə proqnozlarının hazırlanmasında iştirak etmək və yerinə yetirilməsini təmin etmək;
  • Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək, monitorinqlərin vaxtlı-vaxtında keçirilməsini təmin etmək.

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil;
  • Bank sektorunda müvafiq vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi;
  • Yaşayış yeri: Tovuz və ya Qazax şəhəri;
  • Etibarlı sürücülük vəsiqəsi;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Analitik düşüncə qabiliyyəti;
  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

İş şəraiti:

  • İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə);
  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı;
  • Əmək haqqı 1000-1200 manat gross və aylıq bonus.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Filial müdiri, Tovuz) qeyd etməklə göndərmələri xahiş olunur.