Xırdalan Filialı üçün Filial müdiri axtarılır
Əmək haqqı 800-1200 AZN arası
Əmək haqqının 2 misli qədər motivasiya
Əsas vəzifələr:
▶️ Filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət edilməsi;
▶️ Yeni kredit və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlığın göstərilməsi;
▶️ Verilmiş kreditlərin izlənilməsi və vaxtında ödənişlərin təmin edilməsi;
▶️ Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında mütəmadi məlumat verilməsi;
▶️ Kredit portfelinin keyfiyyətinin qorunmasına nəzarət edilməsi;
▶️ Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
▶️ Filial üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;
Namizədə olan tələblər:
– Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
– Ali təhsil
– Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
– Cins: kişi (arzuolunandır)
– Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
– Müştəri bazasının olması
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Filialın adı- filial meneceri” başlığı ilə vakansiya@parabank.az elektron ünvanına göndərməkləri xahiş olunur.
Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi, Filial müdiri |