AFB Bank Filiallar üzrə Kredit meneceri vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Menecer
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı, Sumqayıt, Qəbələ, Gəncə şəhərləri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil
• Ən az 3 il bank və yaxud qeyri-bank kredit təşkilatında kreditlərin verilməsi sahəsində iş təcrübəsi
• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
• Maliyyə və kredit analizi bilikləri;
• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Analitik düşüncə tərzi;
• İdarəetmə və liderlik qabiliyyəti;
• Məsuliyyətlilik, ünsiyyətlilik, təşəbbüskarlıq;
• Gərgin iş qrafikində işləmək bacarığı;
İŞİN TƏSVİRİ:
• Banka yeni müştərilər cəlb etmək, kredit və qeyri-kredit məhsullarının satışını həyata keçirmək;
• Tabeçiliyində olan əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;
• Tabeçiliyində olan əməkdaşlardan kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərə qısa müddətdə baxıb Kredit Komitələrinə təqdim olunmasını təşkil etmək;
• Müştərilərin davamlı olaraq ziyarət edilməsini təşkil etmək;
• Müştərilərin ödəniş qabiliyyətinin təhlili.
• Borc ödənişlərinin vaxtında icrasına nəzarət .
• Kredit portfelinin idarə olunması və nəzarət.
• Yeni kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərinin aşılanması.
• Kredit mütəxəssisləri tərəfindən monitorinqlərin vaxtında və düzgün aparılması işinin təşkili və nəzarət.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kredit meneceri” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
İşin aid olduğu sahə
Kateqoriya | Menecer |