Gəncə Filialı / Kiçik əməliyyatçı – xəzinədar
Əsas tələblər:
• Ali iqtisadi və ya biznes təhsili;
• Azərbaycan, ingilis və rus dili bilikləri;
• MS Office və Internet Explorer proqram bilikləri;
• İnsanlarla düzgün ünsiyyət qurmaq, işində dəqiqlik və məsuliyyətlilik, riyazi bilik və analitik düşünmək, problemləri həll edə bilmək qabiliyyətləri;
Vəzifə və öhdəliklər:
• Bütün növ müştəri hesablarının açılması, hesablar üzrə müştərilərə xidmətlərin göstərilməsi və bağlanması;
• Tələb və sorğular üzrə müxtəlif növ arayışların, sənədlərin, müqavilələrin hazırlanması və müştərilərə təqdim edilməsi;
• Nağd pul və qiymətlilərin sayımının, saxlanmasının, daşınmasının və inkassasiyasının həyata keçirilməsi;
• ATM (Exchange və sairə) terminalların inkassasiyasının həyata keçirilməsi, aktlaşdırılması, terminala yerləşdirilmiş və ya çıxarılmış nağd pul vəsaitlərinin müvafiq balans hesabları ilə müqayisə edilməsi, doğru və düzgün müxabirləşmələri sistemə daxil edilməsi;
• XÖHKS, AZİPS, SWİFT, Apus, Zolotaya Korona, Western Union və sairə pul köçürmə sistemləri ilə əməliyyatların aparılması;
• Əməliyyat günün yekunu üzrə günlük əməliyyatları yoxlamaq;
• Əməkdaşı olduğu strukturun büdcə və hədəflərinin həyata keçirilməsi üzrə öhdəliklərinin vaxtında və düzgün icra edilməsi və bu hədəflərin izlənməsi;
• Tələb olunan hesabatların düzgün hazırlanması və vaxtında rəhbərliyə təqdim edilməsi;
• Daxil olan sorğu və məktubların, müştəri şikayətlərinin araşdırılaraq cavablandırılması.
• Müştəri şikayətlərinin həll edilməsi və minimum həddə çatdırılması üçün lazımı tədbirlərin görülməsi;
Əlavə məlumat:
• Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.
• Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Gəncə / kiçik əməliyyatçı-xəzinədar” göstərməyiniz xahiş olunur;
• CV-lər 28.06.2019-ci il tarixədək qəbul olunacaqdır;
• İş yeri Gəncə şəhərində yerləşir.
İşin aid olduğu sahə
Kateqoriya | Əməliyyatçı |