7 C
Baku
Thursday, December 12, 2024

Metak-a işçilər tələb olunur

0
Metak-a işçilər tələb olunur
18.06.2019

Kimyaçı-laborant

İşin təsviri:

• Laboratoriya testlərini müəyyən edilmiş proseduralara əsasən vaxtında və keyfiyyətlə həyata keçirir;
• Analizlərin, sınaqların və ölçmə nəticələrinin qeydiyyatını aparır;
• İstehsal olunan malların keyfiyyətinə dair texniki sənədləşməni həyata keçirir;
• İstehsal olunan məhsulun keyfiyyətinə dair statistik məlumatları ümumiləşdirir və bununla əlaqədar təkliflər hazırlayır;
• Laboratoriya avadanlıqları, cihaz və qurğularının təmiz və saz vəziyyətdə saxlanılmasına nəzarət edir, onları sınaqlara hazırlayır;
• Cihazların göstəricilərini qeyd edir, müşahidələr aparır, hazır məhsul nümunələrinin standartlara uyğunluğunu yoxlayır;
• İş prosesi ərzində yaranan istənilən uyğunsuzluq barəsində birbaşa laboratoriya müdirinə məlumat verir.

Namizədə tələblər:

• Ali təhsil (kimya, fizika ixtisasının olması arzuolunandır);
• Qeyd olunan sahə üzrə minimum 1 il iş təcrübəsi;
• Yüksək səviyyədə texniki biliklər (kimya və fizika sahəsində);
• Laboratoriya avadanlığı, nəzarət ölçü cihazları, habelə onların istismar qaydası haqqında biliklər.

Əlavə şərtlər:

• Əmək haqqı danışıq əsasında müəyyən olunur;
• 5 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar CV-lərini https://www.metak.az/resume/resume.php?vid=81 və ya [email protected] ünvanına göndərərək, 18.07.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.


Tornaçı-frezerçi

İşin təsviri:

• İstifadəsinə verilmiş avadanlığın iş prinsipini və istifadə qaydalarını bilməli;
• İstifadə etdiyi torna və frez alətlərinin növünü və təyinatını bilməli;
• Ölçmə, ölçü alətləri, ölçü vahidləri, standartlaşdırma, hədd kənarlaşmaları və s. haqqında məlumatlı olmalı;
• Daxili nizam-intizam, əmək mühafizəsi, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarının tələblərinə, habelə istehsalat  mədəniyyətinə riayət etməli.

Əlavə şərtlər:

• Əmək haqqı danışıq əsasında müəyyən olunur;
• 5 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Tələblər:

• Cinsi: Kişi
• 25-55 yaş
• Ali texniki təhsil
• Müvafiq iş stajı 3-5 il
• Dil bilikləri: Azərbaycan dili,  Rus dili – orta
• Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.

Maraqlananlar CV-lərini https://www.metak.az/resume/resume.php?vid=110 və ya [email protected]
ünvanına göndərərək, 18.07.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.


Qəbul şöbəsinin əməkdaşı

İşin təsviri:

• Zəngləri qəbul etmək və onları yönləndirmək;
• Şirkət qonaqlarını qarşılamaq və onların qeydiyyatını aparmaq ;
• Xarici qonaqların hava limanında qarşılanmasını təşkil etmək;
• İclas və görüşlərin planlaşdırılmasında köməklik göstərmək;
• Şirkətə aid məlumatların, qeydiyyat sənədlərinin və faylların məxfiliyini qorumaq;
• Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək.

Tələblər:

• Ali təhsil;
• Azərbaycan və rus dillərini bilmək mütləqdir, ingilis dili arzuolunandır;
• MS Office proqramları üzrə biliklər;
• Yaş həddi: 22 – 33 yaş;
• Dəqiq və sürətli işləmək bacarığı.

Əlavə şərtlər:

• Əmək haqqı danışıq əsasında müəyyən olunur;
• 5 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar CV-lərini https://www.metak.az/resume/resume.php?vid=136 və ya [email protected] ünvanına göndərərək, 18.07.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər