11 C
Baku
Wednesday, December 11, 2024

Gəncə filialının Müştəri xidmətləri şöbəsinin baş mütəxəssisi – Bank BTB

0
Gəncə filialının Müştəri xidmətləri şöbəsinin baş mütəxəssisi – Bank BTB
08.07.2019

Bank “BTB” ASC “Gəncə” filialının Müştəri xidmətləri şöbəsinin baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

“Gəncə” filialının Müştəri xidmətləri şöbəsinin baş mütəxəssisi

İş barədə məlumat:

• Bank “BTB” ASC-nin mövcud tariflərinə  əsasən bütün növ bank məhsul və xidmətlərinin  satışını  təşkil etmək;
• Bank tərəfindən təqdim edilən bank məhsulları və xidmətlər (tariflər, əmanətlər, köçürmələr, plastik kartlar və s .) barədə məlumatları müştərilərə təqdim etmək;
• Fiziki şəxslərə, onların müraciət və qanunvericiliyə uyğun olaraq bütün növ hesabların müvafiq qaydada açmaq, bu hesablar üzrə əməliyyatları aparmaq və onları  bağlamaq; 
• Hüquqi şəxslərin hesablarında onların müraciətinə və qanunvericiliyə əsasən əməliyyatlar aparmaq;
• Müştərinin təqdim etdiyi ödəniş tapşırığının qəbul edilməsi, düzgün tərtib olunmasının yoxlanılması;
• Müştərinin istəklərinə və bankın mövcud şərtlərinə uyğun olaraq, plastik kartların sifarişini qəbul etmək, sistemə daxil edərək müvafiq sənədləri Bank  Kartları şöbəsinə təqdim etmək;
• Bankın məhsul və xidmətlərində edilən dəyişiklik və əlavələr barədə müştəriləri məlumatlandırmaq; 
• Təhkim olunmuş ödəniş sistemləri və təcili pul köçürmə sistemləri üzrə əməliyyatları həyata keçirmək.

Namizədə tələblər:

• Vahid komandada işləmək qabiliyyəti;
• Azərbaycan, rus dillərini bilmək;
• Gərgin əmək şəraitində işləmək qabiliyyəti;
• Müştərilərlə və əməkdaşlarla münasibətdə nəzakət nümayiş etmək və ünsiyyət qurmaq qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 31.07.2019-cu il tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (“Gəncə” filialının Müştəri xidmətləri şöbəsinin baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaƏməliyyatçı