Həyat sığortası üzrə zərərlərin tənzimlənməsi şöbəsinin mütəxəssisi
Namizədə tələblər
• Yaş: 20-30
• Təhsil: Ali – Hüquq və ya iqtisadiyyatın uyğun sahəsində (sığorta işi, hüquqi tənzimlənmə və s.)
• İş təcrübəsi: Müvafiq sahədə mütləq deyil. Sığorta sahəsində iş təcrübəsi üstünlükdür.
• Kompyuter bilikləri: MS Office (Word, Excel) və internet resurslarından təcrübəli istifadə bacarığı
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), Ingilis və ya digər dil bilikləri (arzuolunandır)
Şəxsi keyfiyyətlər
• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Fikrini dəqiq, lokanik və düzgün ifadə etmək (yazılı və şifahi) bacarığı
• Detallara qarşı diqqətcil, qeyd və araşdırma aparmaq bacarığı
• Yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Əsas vəzifə öhdəlikləri
• Həyat sığorta növləri üzrə sığorta hadisəsinə dair müraciətləri qəbul etmək;
• Sığorta hadisəsi zamanı müraciət edən şəxsləri yaranan vəzifə və öhdəlikləri barədə məlumatlandırmaq;
• Sığorta müraciətlərini araşdırmaq, onların qanunvericiliyin tələblərinə və sığorta şərtlərinə uyğunluğunu yoxlamaq;
• Sığorta müraciətləri üzrə sığorta ödənişinin verilib-verilməməsi barədə müvafiq rəy hazırlamaq;
• Sığorta ödənişi məbləğini hesablamaq və ödənişin həyata keçirilməsi üçün müvafiq sənədlər tərtib etmək, eləcə də sığorta ödənişinin verilməsindən imtina hallarında əsaslandırılmış məktubları tərtib etmək;
• Şöbənin işi ilə bağlı şirkətdaxili hesabatlar hazırlamaq;
• Birbaşa rəhbərin digər tapşırıqlarını yerinə yetirmək
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Sabit əmək haqqı 600 AZN
Məlumatlandırıcı qeydlər
• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Xahiş edirik nəzərə alın ki, CV forması Sizin ilkin təqdimatınızı həyata keçirən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin surətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Həyat sığortası üzrə zərərlərin tənzimlənməsi şöbəsinin mütəxəssisi qeyd etmələri xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |