6 C
Baku
Monday, December 16, 2024

Şəxsi sığorta növləri üzrə zərərlərin tənzimlənməsi şöbəsinin mütəxəssisi – Ateshgah Sigorta

0
06.08.2019

Şəxsi sığorta növləri üzrə zərərlərin tənzimlənməsi şöbəsinin mütəxəssisi

Satış həcminin artması ilə bağlı Şirkət aşağıdakı tələblərə cavab verən namizədlər axtarır:

Namizədə tələblər

• Yaş: 20-30 
• Təhsil: Ali tibbi təhsil
• İş təcrübəsi: Mütləq deyil, Sığorta və ya Assistance xidmətləri sahəsində iş təcrübəsi arzuolunandır
• Kompyuter bilikləri: MS Office (Word, Excel) və internet resurslarından istifadə bacarığı
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), əlavə olaraq Ingilis dili (arzuolunandır)

Şəxsi keyfiyyətlər

• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Fikrini dəqiq, lokanik və düzgün ifadə etmək (yazılı və şifahi) bacarığı
• Detallara qarşı diqqətcil, qeyd və araşdırma aparmaq bacarığı
• Yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Əsas vəzifə öhdəlikləri

• Şəxsi sığorta növləri üzrə sığorta hadisəsinə dair müraciətləri qəbul etmək
• Müştərilərlə ünsiyyət, müştəriləri sığorta hadisəsi zamanı yaranan vəzifə və öhdəlikləri barədə məlumatlandırmaq
• Sığorta hadisələrinə dair müraciətlərin qeydiyyatını aparmaq
• Səfər sığorta üzrə sığorta hadisələrinin tənzimlənməsi və aktlaşdırılmasını həyata keçirmək
• Şöbənin işi ilə bağlı şirkətdaxili hesabatlar hazırlamaq
• Birbaşa rəhbərin digər tapşırıqlarını yerinə yetirmək

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Sabit əmək haqqı 550 AZN

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Xahiş edirik nəzərə alın ki, CV forması Sizin ilkin təqdimatınızı həyata keçirən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin surətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Şəxsi sığorta növləri üzrə zərərlərin tənzimlənməsi şöbəsininin mütəxəssisi qeyd etmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaSığorta