6 C
Baku
Monday, December 16, 2024

Daxili nəzarət şöbəsinə mütəxəssis – AzerGold CJSC

0
Daxili nəzarət şöbəsinə mütəxəssis – AzerGold CJSC
Bakı
03.12.2020

Şirkət haqqında:

“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı: Daxili nəzarət şöbəsi, mütəxəssis (Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi)

Əsas vəzifə və öhdəliklər:

• Metodologiyanın hazırlanması və tətbiqi:
– Siyasət, prosedur və qaydaların, habelə metodologiyanın dəyişdirilməsi, yenilərinin hazırlanmasında iştirak edir;
– Tamlıq, dəqiqlik və səmərəliliyi təmin etmək üçün bütün siyasət, prosedur və qaydaların dövrü olaraq (illik) qiymətləndirilməsini təşkil edir;
– Siyasət, prosedur və qaydalarda edilən dəyişikliklərin Cəmiyyətin əməkdaşlarına müvafiq qaydada çatdırılmasını təmin edən mexanizmləri yoxlayır, habelə müvafiq çatdırılmanı təmin etmək üçün təşkil olunan təlimlərin effektivliyinə nəzarət edir.
• Kamplayns (uyğunluq) üzrə nəzarət:
– Cəmiyyətin mövcud siyasət, prosedur və qaydalarından, habelə fəaliyyət istiqamətindən yayınmaların səbəb olacağı riskləri və onların təsirini dəyərləndirir;
– Cəmiyyətin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunu və yayınmaları qiymətləndirir;
– Cəmiyyətin PL və TMM ilə bağlı siyasətin tətbiqinə, habelə tənzimləyici orqan qarşısında hesabatlılığın təmin olunmasına nəzarət edir.
• Daxili tədqiqatların aparılması:
• Daxili nəzarət alətlərindən istifadə etməklə Cəmiyyətin emal sahəsində olan mövcud vəziyyətinin təhlil edilməsində, şöbənin illik fəaliyyət planına uyğun olaraq yoxlamaların və xidməti araşdırmaların aparılmasında iştirak etmək, bu istiqamətində riskləri aşkarlamaq və təqdim etmək;
– Qanunvericiliyin, habelə daxili qayda, prosedur və siyasətlərin pozulması ilə müşahidə olunan hadisələri araşdırır;
– Müvafiq mövzuda təkliflər təqdim edir, hesabat və xidməti məruzələrin hazırlanmasında yaxından iştirak edir;
• – Nöqsanların aradan qaldırılması istiqamətində tədbir görür;
• – Daxili nəzarət tədbirlərinin nəticələri əsasında Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə rəhbərliyinə təkliflər verir.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Analiz və idarəetmə bacarığı, komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi.
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dili (arzuolunandır), Microsoft Office və digər proqramlar.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Texniki və ya iqtisadi sahə üzrə ali təhsil.
• Müvafiq sahədə minimum 2 il iş təcrübəsi (Maliyyə, İstehsal prosesi, SƏTƏM və KİS sahələri üzrə iş təcrübəsinə malik olan şəxslər arzuolunandır).

Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər