10 C
Baku
Thursday, December 12, 2024

Head of Admin Management and Procurement – PASHA Insurance

0
Bakı
05.01.2021

PAŞA Sığorta” ASC namizədləri “İnzibati idarəetmə və satınalmalar departamentinin rəhbəri” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəlik sahəsi:

• Satınalma proseslərin idarə edilməsi;
• Şirkət avtoparkının idarə edilməsi;
• Baş ofis və nümayəndəliklərinin təmir işlərinin təşkil edilməsi və nəzarət;
• Baş ofis və nümayəndəliklərinin təmizlik xidmətin təmin edilməsi;
• Baş ofis, nümayəndəliklərinin və əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi;
• Anbar və arxivin idarəedilməsi;
• Sənəd dövriyyəsinin təşkili və nəzarəti;
• “Reception” fəaliyyətinin idarə edilməsi;
• Departament fəaliyyəti ilə bağlı “outsource” şirkətlərinin yoxlanması;
• Departament fəaliyyəti üzrə strateji planlama;
• Departament üzrə “SCORECARD” və “KPİ”-ların tərtib edilməsi;
• Şirkət tələblərə uyğun olaraq illik xərclərin proqnozlaşdırılması və büdcələnməsi.

Bilik və bacarıqlar:

• Ali təhsil, iqtisadi sahə arzu olunandır;
• Azərbaycan,rus, ingilis dillərinin sərbəst bilməsi;
• MS ofis proqramlarından qabaqçıl istifadəçi olması.
• Analitik düşünçə.
• Təhlil etmə bacarıqları;
• Beynalxalq keyfiyyət standartların bilməsi;
• Beynalxaql satınalma qaydaların bilməsi;
• Çevik olması;
• Komandanın formalaşdırılması və idarə etmə bacarığı;
• Təqdimat bacarığı;
• Ünsiyyət qurmaq bacarığı;
• Təşəbbüskarlıq;
• Minimal nəzarət altında işləmək bacarığı.

TƏCRÜBƏ

• İnzibati və Satınalma funksiyalarında idarə edilməsi üzrə ən azı 3 il iş təcrübəsi.

Son müraciət tarixi: 05 Yanvar 2021

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “Head of Admin Management and Procurement” “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşin aid olduğu sahə

KateqoriyaSığorta