4 C
Baku
Friday, March 29, 2024

Hesabatlıq şöbəsinin mütəxəssisi – Unibank

0
Hesabatlıq şöbəsinin mütəxəssisi – Unibank
Bakı
01.04.2021

Unibank – Azərbaycanın 1992-ci ildə təsis edilmiş ən iri özəl banklarından biridir. Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Eyni zamanda biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.

İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Buna görə də biz cari və gələcək biznes məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın inkişafını mütəmadi olaraq təmin etməyə çalışırıq.

Hesabatlıq şöbəsinin mütəxəssisi/ Reporting specialist

Əsas öhdəliklər

• Verilənləri toplamaq, təhlil etmək və verilənlər bazası əsasında hesabatlar hazırlamaq;
• Bankın müvafiq bölmələrinin, o cümlədən Banka nəzarət edən və onunla əməkdaşlıq edən təşkilatların (dövlət orqanlarının və s.) lazımi hesabat və arayışlarla təmin edilməsi;
• Yeni hesabat və hesabat sistemlərinin yaradılması üzrə texniki tapşırıqları hazırlamaq;
• Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, bankdaxili prosedur və qaydalara, AR-nın bu sahədə mövcud qüvvədə olan qanunvericiliyinə uyğun həyata keçirmək;

Namizədə tələblər

• Maliyyə/İqtisadiyyat/Riyaziyyat üzrə bakalavr dərəcəsi;
• Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
• Yüksək səviyyədə MS Excel biliyi, Excel VBA və SQL bilikləri olanlara üstün veriləcək;
• Analitik qabiliyyətlərə malik olmaq;
• Maliyyə uçotu və BMHS sahəsində biliklər;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
• Ünsiyyətcil və təşəbbüskar olmaq;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;

Göstərilən tələblərə cavab verən namizədlər [email protected] elektron ünvanına CV-ni göndərib və mövzuda vakansiyanın adını qeyd edərdiniz və ya bu linkə keçib müraciət edə bilərsiniz: https://unibank.az/az/hrsnew/vacanciesHrm/232

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi