9 C
Baku
Thursday, December 12, 2024

Hesablaşmalar üzrə maliyyə mütəxəssisi – eManat

0
Hesablaşmalar üzrə maliyyə mütəxəssisi – eManat
Bakı
06.01.2022

Namizədə qoyulan tələblər:

  • İqtisadi təhsili (İqtisadiyyat, Mühasibat Uçotu, Maliyyə, Biznesin İdarəsi və s.) olmalı (magistr dərəcəsi olanlara üstünlük veriləcək)
  • Ən azı 1 il maliyyə sahəsində təcrübəsi olmalı
  • Elektron pulqabı(E-Wallet) haqqında anlayışlı olmalı
  • Excelli yüksək səviyyədə bilməli
  • İngilis dilində maliyyə terminləri haqqında anlayışlı olmalı
  • 1 C proqramını bilən əməkdaşa üstünlük verilir
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı
  • Analitik düşünmə qabiliyyəti
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı
  • Bir neçə tapşırığı eyni anda yerinə yetirmə bacarığı

Vəzifə öhdəlikləri:

  • Provayderlərlə aylıq üzləşmələrin, qarşılıqlı hesablaşmaların aparılması.
  • Uğursuz ödənişlərin və öhdəliklərin aparılması, yekun aktların tərtibi.
  • Elektron pulqabı üzrə üzləşmələri (Ekvayer bank-Millikart və Modenis arasında üzləşmələr) aparmalı
  • Agentlərlə üzləşmələri aparmalı
  • Rəhbərliyə maliyyə hesabatların hazırlanması

İş şəraiti:

  • Ofis daxili;
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar yeməyinin təmin edilməsi;
  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Hesablaşmalar üzrə maliyyə mütəxəssisi” yazılmalıdır.

E-mail: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər