12 C
Baku
Thursday, November 14, 2024

Hüquqşünas (Bakı) – Naxçıvanbank

0
Hüquqşünas (Bakı) – Naxçıvanbank
Bakı
15.10.2021

Bakı filialı – Hüquqşünas

 “Naxçıvanbank” ASC Bakı filialına hüquqşünas vakansiyası üzrə işə qəbul elan edir.

Ümumi məlumat: 

Ölkənin stabil inkişaf tempinə malik banklarından olan “Naxçıvanbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır.

 

Öhdəliklər: 

  • Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
  • Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması;
  • Bankda hazırlanan qərarlara, əmrlərə, sərəncamlara və digər normativ sənədlərə rəy vermək;
  • Qəbul olunmuş yeni normativ hüquqi aktların tətbiqi ilə bağlı yaranmış sualları cavablandırmaq;
  • Bank fəaliyyəti ilə əlaqədar standart şərtli müqavilələri və digər müxtəlif növ müqavilələri hazırlamaq;
  • Sahibkarlıq subyektlərinə verilən kredit və həmin kreditlər üzrə öhdəliklərin təminatı ilə bağlı sənədlərə rəy vermək;
  • Bankın iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərə dair qanunvericiliyə uyğun olaraq hüquqi rəylər və/və ya məsləhətlər vermək;                    

 

Tələblər: 

  • Hüquq və ya beynəlxalq hüquq sahəsi üzrə bakalavr;
  • Mükəmməl azərbaycan dili (rus və ingilis dili arzuolunandır);
  • Güclü analitik və problem həll etmə bacarığı;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Təfərrüatlara diqqətlə yanaşmaq;
  • Təqdimetmə bacarığı;
  •  Kompyuterdə, MS Word və MS Excel proqramları ilə işləmə bacarığı;
  •  Komanda tərkibində və rəhbərlik altında işləmə qabiliyyət; 
  • Təşəbbüskar olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 noyabr 2021-ci il tarixinədək  [email protected]  elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adını “Bakı filialı – hüquqşünas” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi