22 C
Baku
Friday, April 19, 2024

Hüquq strukturu üzrə hüquqşünas (Korporativ hüquq üzrə) – AFB Bank

0
Hüquq strukturu üzrə hüquqşünas (Korporativ hüquq üzrə) – AFB Bank
Bakı
16.07.2021
Hüquq strukturu üzrə hüquqşünas (Korporativ hüquq üzrə)

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  • Ali təhsil;
  • Bank və ya bank olmayan kredit təşkilatında 1 il iş təcrübəsi;
  • Bank qanunvericiliyi bilikləri;
  • Mükəmməl Azərbaycan dili bilikləri;
  • Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
  • MS Word proqramında yüksək səviyyədə, MS Excel proqramında orta səviyyədə işləmək bacarığı;
  • Məsuliyyətlilik və dəqiqlik.

 

İŞİN TƏSVİRİ: 

  • Bankın inzibati-təsərrüfat məsələləri, işçi heyəti və ümumi fəaliyyəti üzrə sərəncamverici sənədlərin (əmr, qərar, sərəncam) standart formalarını hazırlanmaq;
  • Zərurət yarandığı təqdirdə dövlət idarəetmə, nəzarət, məhkəmə və notariat orqanlarında Bankı təmsil etmək, bununla bağlı zəruri sənədləri hazırlamaq;
  • İdarəetmə orqanlarının iclaslarının çağırılması, keçirilməsi və iclasların nəticələrinə dair protokolları, o cümlədən protokoldan çıxarışları hazırlamaq;
  • Bankın fəaliyyəti ilə əlaqədar sənədlərin tərcüməsi, notariat qaydasında təsdiq edilməsi və leqallaşdırılması prosesində iştirak etmək;
  • Banka təklif olunan əqdlər üzrə kontragentlərdən daxil olan müqavilələrin hüquqi ekspertizasını aparmaq;
  • Bankın fəaliyyəti ilə bağlı zəruri olan vəkalətnamələrin (etibarnamələrin) hazırlanması və elektron imzaların alınmasını həyata keçirmək;
  • Bankın, onun törəmə cəmiyyətinin, filial, şöbə və nümayəndəliyinin yaradılması ilə əlaqədar təsis sənədlərinin hazırlanması və saxlanılması, bu sənədlərdə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı icazənin alınması, həmçinin törəmə cəmiyyətin, filial, şöbə və nümayəndəliyinin ləğvinin dövlət qeydiyyatının aparılması prosesini təşkil etmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Hüquq strukturu üzrə hüquqşünas (Korporativ hüquq üzrə) qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

İşin aid olduğu sahə

KateqoriyaHüquq