-1 C
Baku
Sunday, December 15, 2024

Hüquqşünas – Аbşeron Avtomobil Mərkəzi

0
Hüquqşünas – Аbşeron Avtomobil Mərkəzi
Bakı
06.11.2023

İşçinin əmək funksiyaları:

  • Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, hüquqi ekspertizası və müzakirəsi;
  • Müqavilələr və digər hüquqi məsələlərlə bağlı uyğunsuzluqların aşkar edilməsi və onların aradan qaldırılması üçün yeni yanaşmaların formalaşdırılması;
  • Cəmiyyətin digər struktur bölmələrinin aidiyyəti fəaliyyət istiqamətləri üzrə hüquqi tövsiyə vermək;
  • Cəmiyyətin təsis və qeydiyyat sənədlərinə dəyişikliyin edilməsi ilə əlaqədar müvafiq sənəd layihələrini hazırlamaq, qeydiyyat orqanına təqdim etmək və təhvil almaq;
  • Şirkət müqavilələrinin, əmrlərin, sərəncamların tərtib edilməsi, iddia və tələblər üzrə işlərin təşkili;
  • Notariat və ASAN Xidmətdə həyata keçirilən əməliyyatlarda iştirak etmək;
  • Hüquqi təminat və korporativ hüquq funksiyalarına ümumi nəzarətin həyata keçirilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi.
  • Məhkəmə işləri ilə bağlı sənədlərin (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlanması;
  • Məhkəmələrdə, ictimai və dövlət idarələrində şirkətin maraqlarının qorunması və təmsil edilməsi;
  • Aidiyyatı orqanlara sorğu və müraciətlər göndərmək, daxil olmuş müraciətləri cavablandırmaq;

Tələblər:

  • Təhsil: hüquq üzrə ali təhsil
  • Yaş həddi: 35 yaşadək
  • Təcrübə: 3 ildən artıq
  •  Dil bilikləri: rus dili və Azərbaycan dili- mükəmməl (ingilis dili bilməsi üstünlükdür)
  • Analitik düşünmə və problemləri həll etmə bacarığı
  • Vəkillər kollegiyasının üzvlərinə üstünlük verilir
  • Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti
  • Azərbaycan Respublikasının Qanunvericiliyi bilməli
  • E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək bacarığı
  • Ofis proqramları (MS Word, PowerPoint) ilə sərbəst işləmək bacarığı
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti

İş barədə məlumat:

  • Şirkət nəqliyyat vasitələrinin satışı ilə məşğuldur
  • İş qrafiki həftə içi 5 (beş) gün; 09:00-18:00
  • İş yeri: Bakı-Sumqayıt yolu, 6 km (altı aydan sonra Heydər Əliyev Prospekti, 191)
  • Əmək haqqı 1500 azn-dən başlayaraq

Tələblərə uyğun gələn namizədlər öz CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə göndərə bilərlər. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaHüquq