25 C
Baku
Saturday, July 27, 2024

Hüquqşünas/Aparıcı hüquqşünas – Premium Bank

0
Hüquqşünas/Aparıcı hüquqşünas – Premium Bank
Bakı
05.10.2020

Premium Bank” ASC “hüquqşünas” və “aparıcı hüquqşünas” vəzifələrinə işə qəbul üzrə vakansiyaları elan edir.

İşin təsviri:

• Bank fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunaraq hazırlanması, əlavə və dəyişikliklərin edilməsi;
• Bank fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ-hüquqi aktlar barədə Bankın aidiyyəti əməkdaşlarını məlumatlandırılması;
• Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Bankı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
• Dövlət və ictimai təşkilatlarda hüquqi məsələlərə baxılmasında bankın maraqlarını təmsil edilməsi;
• Bank tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, banka qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
• Hüquq departamentinə daxil olan və çıxan sənədlərin, işlərin uçotunun aparılması.

Namizədə dair tələblər:

• Ali hüquqi təhsilinin olması;
• Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;
• Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, Maliyyə bazarlarına nəzarət orqanın müəyyən etdiyi normativ xarakterli aklarının hüquq əsaslarının bilməsi;
• Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi, bankda hazırlanan qərarlara, əmrlərə, sərəncamlara və digər normativ sənədlərə rəy verilməsi;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• MS Office proqramlarından istifadə etmə bacarığı;
• Bank və kredit təşkilatlarında hüquq sahəsində ən azı 1 (bir) il iş təcrübəsinin olması arzuolunandır;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);
• Bankda hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan şəxslərə üstünlük verilə bilər.

İş şəraiti:

• AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə
• İş saatı 09:00-dan 18:00-dək
• İstirahət günləri: şənbə və bazar günləri

• Əmək haqqı: ştat üzrə vəzifəyə uyğun ödəniləcəkdir.

Qeyd olunan vakansiyalar üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini [email protected] elektron ünvanına 30.10.2020 tarixinədək göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “hüquqşünas” və ya “aparıcı hüquqşünas”şəklində göstərilməsi xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, Hüquq