Hüquqşünas (Bərdə Filialı üzrə)
MKT-İK MMC (Pambıq müəssisəsi) Hüquqşünas vakansiyası üzrə işçi axtarır.
Vəzifə funksiyaları
1. İddia ərizələrinin, apellyasiya şikayətlərinin hazırlanması və məhkəmələrə təqdim edilməsi;
2. Məhkəmə proseslərində təmsilçilik;
3. Məhkəmə aktlarının icrası işini qanuna uyğun formada təşkil etmək;
4. Problemli fermerlərlə müvafiq görüşlərdə iştirak etmək, onlarla danışıqlar aparmaq və borclarının ödənilməsində iştirak etmək;
5. Mülki, əmək və inzibati qanunvericiliyi bilmək və tətbiq etmək;
6. Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək;
7. Təhkim olduğu filiallara (məntəqələrə) zəruri hüququ yardımlar göstərmək, “MKT İK” MMC-nin və təhkim olduğu filialların mənafeyini müdafiə etmək, dövlət orqanları, hüquqi və fiziki şəxslərlə danışıqlar aparmaq, filialın əməkdaşlarına hüquqi yardım göstərmək;
8. Görülən işlər haqqından Şöbə rəisinə və şöbənin nəzarət funksiyasını icra edən hüquqşünasa hesabatlar təqdim etmək, onların göstərişlərini icra etmək.
Tələblər
• 25-45 yaş arası;
• Azərbaycan dilini mükəmməl bilmək;
• Microsoft Office (word və Excel) proqramından istifadə bacarığı;
• Mülki, iznibati,əmək və icra , o cümlədən prosessual qanunvericiliyi sahəsində bilik və ən azı 2 il təcrübəyə malik olmaq;
• Dövlət orqanları ilə iş bacarığı;
• Komandada işləmək bacarığı.
İş qrafiki: 6 günlük, I – V günlər 09:00-17:00, Şənbə günü 09:00-15:00.
Müraciət qaydaları:
CV–ni Azərbaycan dilində [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Hüquqşünas (Bərdə Filialı üzrə)” yazmaqla göndərilir.
İşin aid olduğu sahə
Kateqoriya | Hüquq |