-1 C
Baku
Sunday, December 15, 2024

İnsan resursları mütəxəssisi – Abşeron Logistika Mərkəzi

0
İnsan resursları mütəxəssisi – Abşeron Logistika Mərkəzi
Abşeron
09.06.2021

“Abşeron Logistika” MMC İnsan resursları və inzibati departamentə “İnsan resursları mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.

Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir;
• E-gov portalında əməliyyatları icra edir, elektron sistemə kadr hərəkətinə müvafiq olaraq bildirişləri daxil edir;
• Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
• Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
• Əmək haqqı kartlarını sifariş edir;
• İşçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
• İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur, protokollaşdırır;
• İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
• Peşələr üzrə vəzifə təlimatlarının hazırlayır;
• Əmək kitabçalarında vəzifə dəyişikliyi və kadr hərəkətinə müvafiq olaraq qeydlərin aparılmasını təmin edir;
• Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
• Əmək üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edir;
• İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və rəhbərliyə hesabat verir;
• Daxili sənəd dövriyyəsini, kadr kargüzarlığına dair sair sənədləşmələrin aparılmasını təmin edir;
• Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir.
• Əmək haqqı ştat cədvəlinə uyğun olaraq.

Namizədə qarşı tələblər:

• Ali təhsill (Menecment, İqtisadiyyat, Hüquq sahəsində);
• İnsan resursları sahəsində minimum 3 illik iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan və Rus dilləri (əla), İngilis dili arzuolunandır;
• Azərbaycan Respublikası Əmək Məcəlləsini, müvafiq qanunvericiliyi bilməli;
• Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramlarını yaxşı səviyyədə;
• Elektron Hökumət portalından sərbəst istifadə qabiliyyəti;
• Üstünlüklər: İnsan Resurslarının rəsmi qanunvericiliklə yanaşı strateji tərəfində də təcrübəsi olması və 1C proqramında iş bacarığı olması əlavə üstünlükdür.
• Fərdi keyfiyyət tələbləri: Yaradıcı, yenilikçi və inkişafa açıq, yüksək ünsiyyət bacarığı və təqdimetmə bacarığı, Məlumatı toplamaq və təhlil etmək bacarığı, Məntiqli düşünmə və problemləri araşdırma bacarığı, etibarlılıq və şirkətə sədaqətlilik; komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi,məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaş həddi: 23-30 yaş.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 25 iyun 2021-ci il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İnsan resursları mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

Kateqoriyaİnsan Resursları (HR)