25 C
Baku
Saturday, July 13, 2024

Hüquqşünas – İnnovativ Layihələr Mərkəzi

0
Hüquqşünas – İnnovativ Layihələr Mərkəzi
Bakı
15.03.2023

Tələblər:

  • Ali hüquq təhsili
  • Azərbaycan Respublikasının qanunlarını, mülki və mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi bilmək
  • Dillər: Azərbaycan dili, rus dili, ingilis dili
  • Ofis proqramları (MS Word, Excel, PowerPoint,Outlook) ilə sərbəst işləmək bacarığı
  • Analitik təhlil və problem həll etmə bacarığı.

Vəzifələri:

 

  • Tərəfdaşlıq edilən şirkətlərdən daxil olan müqavilələrin və təşkilati-sərəncamverici sənədlərin hüquqi ekspertizasının həyata keçirilməsi və qanunvericiliyə uyğunluğunun yoxlanılması
  • Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması
  • Şirkətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların daima izlənməsi və dəyişikliklər barədə məlumatlandırma
  • Şirkətin struktur bölmələrinə hüquqi yardım göstərilməsi, yaranan hüquqi məsələlərin qanunvericiliyə uyğun həlli
  • Məhkəmə instansiyalarında və digər dövlət orqanlarında nümayəndə qismində şirkətin təmsil olunması və müvafiq sənədlərin hazırlanması
  • Daxil olan sorğulara hüquqi rəyin verilməsi
  • Rəhbərlik tərəfindən həvalə edilən digər vəzifələri icra etmək

İş rejimi: 5 günlük
İş vaxtı: 09:00-dan -18:00-dək
İstirahət günləri: şənbə və bazar.

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Hüquqşünas” yazaraq göndərə bilərlər. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaHüquq