Bakı
15.03.2023
Tələblər:
- Ali hüquq təhsili
- Azərbaycan Respublikasının qanunlarını, mülki və mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi bilmək
- Dillər: Azərbaycan dili, rus dili, ingilis dili
- Ofis proqramları (MS Word, Excel, PowerPoint,Outlook) ilə sərbəst işləmək bacarığı
- Analitik təhlil və problem həll etmə bacarığı.
Vəzifələri:
- Tərəfdaşlıq edilən şirkətlərdən daxil olan müqavilələrin və təşkilati-sərəncamverici sənədlərin hüquqi ekspertizasının həyata keçirilməsi və qanunvericiliyə uyğunluğunun yoxlanılması
- Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması
- Şirkətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların daima izlənməsi və dəyişikliklər barədə məlumatlandırma
- Şirkətin struktur bölmələrinə hüquqi yardım göstərilməsi, yaranan hüquqi məsələlərin qanunvericiliyə uyğun həlli
- Məhkəmə instansiyalarında və digər dövlət orqanlarında nümayəndə qismində şirkətin təmsil olunması və müvafiq sənədlərin hazırlanması
- Daxil olan sorğulara hüquqi rəyin verilməsi
- Rəhbərlik tərəfindən həvalə edilən digər vəzifələri icra etmək
İş rejimi: 5 günlük
İş vaxtı: 09:00-dan -18:00-dək
İstirahət günləri: şənbə və bazar.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Hüquqşünas” yazaraq göndərə bilərlər. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Hüquq |