Hüquqşünas (müqavilələr üzrə mütəxəssis)
Tələblər:
– Ali Hüquq təhsili;
– Dil bilikləri (ingilis dili mütləq, rus dili arzuolunan);
– Geniş iş təcrübəsi arzuolunan deyil (bunu elanda qeyd etməyə də bilərsiniz);
– Office proqramlarında işləmək bacarığı;
– Loyallıq, məsuliyyətlilik.
Əmək funksiyaları:
– Rəsmi sənədlərlə işləmək bacarığı, müqavilələrin ekspertizası;
– Kontragentlərlə müqaviləyə qədər və müqavilənin icrası zamanı danışıqların aparılması;
– Müqavilələrin tərtibi, rəsmiləşdiriməsi və onların icrasına nəzarət;
– Şirkətdaxili sənəd dövriyyəsinin icra olunması;
– Hüquq şöbəsi ilə digər şöbələrin koordinasiyasının icra olunması;
– Digər korporativ hüquqi fəaliyyətlər.
İş şəraiti:
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə və əmək şəraitinin təmini;
– İş vaxtı: həftənin 5 günü, istirahet günü: şənbə, bazar;
– Əmək haqqı – rəqabətə davamlı əmək haqqı.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Hüquqşünas (müqavilələr üzrə mütəxəssis)” yazaraq CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | Hüquq |