10 C
Baku
Thursday, December 12, 2024

Hüquqşünas – Qazax Sement Zavodu MMC

0
Hüquqşünas – Qazax Sement Zavodu MMC
Qazax
18.08.2020

Hüquqşünas

– Müəssisənin adı: “Qazax Sement Zavodu” MMC
– Əsas iş yeri: Bakı şəhəri (ofis)

Namizədə dair tələblər:

– Müvafiq sahə üzrə ali təhsil;
– Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi;
– MS Office proqramlarını bilməli;
– Xarici dil: Rus və İngilis dillərini bilməli;
– Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı, təşkilatçılıq qabilyyətinə malik olmalı.

Əsas vəzifə öhdəlikləri:

• Məhkəmələrdə, icra və probasiya şöbələrində, o cümlədən digər dövlət orqanlarında və üçüncü şəxslər qarşısında Cəmiyyətin təmsil olunması və onun hüquq və mənafelərinin müdafiə edilməsi;
• Cəmiyyət tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, Cəmiyyətə qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə aktları üzrə şikayətlərin hazırlanması;
• İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunun və saxlanmasının həyata keçirilməsi;
• Müqavilələrin hazırlanması, Cəmiyyətin kontragentləri tərəfindən təqdim edilmiş müqavilə layihələrinə Cəmiyyətin hüquq və mənafelərinə uyğunluq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi;
• Cəmiyyətin daxili normativ sənədlərinin (əmr, əsasnamə, protokol və s.) layihələrinin hazırlanması, Cəmiyyətin digər struktur bölmələrinə normativ və digər sənədlərin hazırlanmasında yardım edilməsi, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi;
• Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Əsas təminatlar:

– Nahar ilə təmin olunur,
– Aylıq mobil rabitə limiti ilə təmin olunur,

E – mail : [email protected] . Mövzu hissəsində ” Hüquqşünas ” qeyd olunması zəruridir.

İşin aid olduğu sahə

KateqoriyaHüquq