Bakı
27.02.2024
Əmək haqqı: 800-1000 azn
*Namizədin təcrübəsinə və gözləntisinə əsasən müəyyən ediləcək.
Əsas vəzifələr:
- Müqavilə formalarının hazırlanması və hüquqi ekspertizasının həyata keçirilməsi;
- Hüquqi şəxslərin və xarici şirkətlərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin yaradılması;
- Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin ləğv edilməsi, ləğvi prosesinin aparılması və reyestrdən çıxarılması;
- Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazələrin alınması üçün tələb olunan sənədlərin hazırlanması, toplanılması və müvafiq qurumlara müraciət edilməsi;
- Əmtəə nişanlarının qeydiyyata alınması;
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması ilə bağlı icazələrin və iş icazələrin alınması;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada cavabların hazırlanmasına nəzarət etmək.
Tələblər:
- Hüquq sahəsi üzrə ali təhsil (yalnız universiteti bitirmiş məzunlar);
- Korporativ sahədə minimum 1 il iş təcrübəsi;
- Müqavilə hüququ sahəsində yaxşı səviyyədə nəzəri və praktiki biliklər;
- Dil bilikləri: Rus və ya ingilis dili yaxşı səviyyədə;
- Yüksək araşdırma və müştərilərlə ünsiyyət bacarığı;
- komandada işləmə bacarığı.
Qeyd: Hüquq və konsaltinq şirkətlərində təcrübəsi olan şəxslərə üstünlük veriləcək.
İş şəraiti:
- AR əmək məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: bazar ertəsi – cümə; iş saatı: 09:00 – 18:00;
- İş yeri ünvanı: Cəfər Cabbarlı 44, Caspian Plaza
Müraciət etmək istəyən namizədlər CV-lərini və əməkhaqqı gözləntilərini mail ünvanına mövzu hissəsinə “Hüquqşünas” qeyd edərək göndərə bilərlər. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Hüquq |