17 C
Baku
Monday, April 29, 2024

Hüquqşünas – Samadov Law & Audit

0
Hüquqşünas – Samadov Law & Audit
Bakı
27.02.2024

Əmək haqqı: 800-1000 azn 

*Namizədin təcrübəsinə və gözləntisinə əsasən müəyyən ediləcək.

Əsas vəzifələr:

  • Müqavilə formalarının hazırlanması və hüquqi ekspertizasının həyata keçirilməsi;
  • Hüquqi şəxslərin və xarici şirkətlərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin yaradılması;
  • Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin ləğv edilməsi, ləğvi prosesinin aparılması və reyestrdən çıxarılması;
  • Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazələrin alınması üçün tələb olunan sənədlərin hazırlanması, toplanılması və müvafiq qurumlara müraciət edilməsi;
  • Əmtəə nişanlarının qeydiyyata alınması;
  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması ilə bağlı icazələrin və iş icazələrin alınması;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada cavabların hazırlanmasına nəzarət etmək.

Tələblər:

  • Hüquq sahəsi üzrə ali təhsil (yalnız universiteti bitirmiş məzunlar);
  • Korporativ sahədə minimum 1 il iş təcrübəsi;
  • Müqavilə hüququ sahəsində yaxşı səviyyədə nəzəri və praktiki biliklər;
  • Dil bilikləri: Rus və ya ingilis dili yaxşı səviyyədə;
  • Yüksək araşdırma və müştərilərlə ünsiyyət bacarığı;
  • komandada işləmə bacarığı.

Qeyd: Hüquq və konsaltinq şirkətlərində təcrübəsi olan şəxslərə üstünlük veriləcək.

İş şəraiti:

  • AR əmək məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: bazar ertəsi – cümə; iş saatı: 09:00 – 18:00;
  • İş yeri ünvanı: Cəfər Cabbarlı 44, Caspian Plaza

Müraciət etmək istəyən namizədlər CV-lərini və əməkhaqqı gözləntilərini mail ünvanına mövzu hissəsinə “Hüquqşünas” qeyd edərək göndərə bilərlər. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaHüquq