17 C
Baku
Sunday, May 19, 2024

Hüquqşünas – The Coca-Cola Company

0
Hüquqşünas – The Coca-Cola Company
Bakı
27.12.2022

Vakansiyanın təsviri

  • Müqavilələri və ona əlavələri nəzərdən keçirmək, bu şərtlərin qanunvericiliyə və şirkət prosedurlarına uyğun olduğundan əmin olmaq və təsdiq etmək;
  • Zəruri hallarda müqavilə və digər hüquqi sənədləri tərtib etmək;
  • Şirkətin iş balansının tənzimlənməsi və effektivliyin artırılması üçün çox istifadə olunan sənədlərin standartlaşdırılmasını təmin etmək;
  • Həvalə olunmuş layihələrin həyata keçirilməsini təmin etmək;
  • Gündəlik qanunvericilikdə olan dəyişiklikləri izləmək və rəhbərliyi məlumatlandırmaq;
  • Periodik şəkildə və ya zəruri hallarda rəhbərliyə və baş ofisə hesabatlar hazırlayıb təqdim etmək;
  • Şirkətin struktur bölmələrinə sorğu və tələb əsasında qanunvericiliyin və qanunvericilikdəki dəyişikliklərin məzmununu izah etmək;
  • Rəhbərliyinin iş bölgüsü əsasında ona yönləndirilən məsələlər üzrə digər departamentlərlə müvafiq məsələlərin həllində səmərəli şəkildə əməkdaşlıq etmək;
  • Zəruri haıllarda şirkəti məhkəmələrdə, rəsmi orqanlarda, dövlət və ictimai qurumlarda, uyğun məsələlər üzrə digər təşkilatlarda və qurumlarda şəxsən və ya hüquq departamentinin digər əməkdaşları ilə birlikdə təmsil etmək;
  • Yerli Etik Komitən Sədrinin tapşırıqları əsasında şirkət daxilində etik normaların təbliğ olunması və Etik Davranış Kodeksi barədə maarifləndirmə sessiyalarının təşkil edilməsi üçün müvafiq işlər görmək;
  • Pay sahiblərinin ümumi yığıncaqlarının təşkili və bundan irəli gələn digər məsələləri yerinə yetirmək;
  • “The Coca-Cola Company”-nın eləcə də əmtəə nişanı sahiblərinin hüquq komandaları ilə müştərək lahiyələrdə iştirak etmək;
  • Sorğu, məktub yazmaq və onları cavablandırmaq.

Xüsusi tələblər

  • Hüquq sahəsi üzrə ali təhsil və bu sahə üzrə 2 il iş stajı;
  • Mülki, vergi, əmək və şirkətin fəaliyyəti ilə əlaqədar digər qanunvericilik sahəsində müvafiq biliyə sahib olmaq;
  • Azərbaycan dilində mükəmməl danışıq və yazı bacarıqları;
  • İngilis dilində səlis danışıq, müqavilə tərtib etmə və rəy vermə bacarıqları;
  • Ünsiyyət və nitq qabiliyyəti; təqdimat bacarıqları
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaHüquq