21 C
Baku
Friday, April 26, 2024

İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis – İcbari Sığorta Bürosu

0
İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis – İcbari Sığorta Bürosu
07.11.2019

İcbari Sığorta Bürosu (İSB) İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifəsinə işçi axtarır. Ali təhsilli və Azərbaycan, rus dillərində əla səviyyədə (yazılı və şifahi) bilən şəxslər və ixtisası üzrə iş təcrübəsi olanlara üstünlük verilir.Namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi 30 noyabrdır.

Namizədə dair tələblər:

– Kompüterdən ümumi istifadə qaydalarını bilməli, MS Office proqramlarının istifadəsi ilə bağlı ümumi vərdişlərə malik olmalı;
– Komandada işləmək, qərar qəbul etmək bacarığı və stress şəraitində işləmək qabiliyyəti, məsuliyyətli, nizam-intizamlı, etibarlı və dürüst olmalı;
– Aydın səlis nitq olmalı;

İşin təsviri:

– Büronun ictimaiyyətlə əlaqələr, reklam strategiyasını, təbliğat və təşviqat tədbirləri planını hazırlamaq
– İctimaiyyətlə əlaqələr, reklam, təbliğat və təşviqat işlərinin aparılmasına birbaşa nəzarət etmək;
– KİV-dən daxil olmuş sualları cavablandırmaq
– Büronun rəsmi internet səhifəsi üçün məlumatlar hazırlayır, internet səhifəsindəki məlumatların yenilənməsini təmin etmək;
– Sosial şəbəkələrdə informasiyaların idarə edilməsi, yenilənməsi və istifadəçilərlə müvafiq əlaqələrin qurulması üzrə işləri həyata keçirrtmək
– Əməkhaqqı 1000 AZN (gross) təşkil edir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30.11.2018-cı il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)
Telefon: 012 595 00 20 (135)

İşin aid olduğu sahə

KateqoriyaSığorta