10 C
Baku
Thursday, December 12, 2024

İdarə Heyətinin sədrinin köməkçisi – Ziraat Bank Azərbaycan ASC

0
İdarə Heyətinin sədrinin köməkçisi – Ziraat Bank Azərbaycan ASC
Bakı
11.08.2021

“Ziraat Bank Azərbaycan” ASC İdarə Heyətinin sədrinin köməkçisi vəzifəsinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

• Ali təhsil;
• Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi;
• Kompüter bilikləri (MS Office, Internet);
• Mükəmməl səviyyədə türk dili bilikləri.

Əsas vəzifələr:

• Bankın İdarə Heyətinin, Müşahidə Şurasının, Daxili Komitələrin iclaslarının təşkil edilməsi və protokollaşdırılması;
• Gündəlik görüşlərin planlaşdırılması və idarə edilməsi;
• Banka gələn qonaqların qarşılanması onların ölkəyə gəlməsi/ getməsi ilə əlaqədar bütün işlərin həyata keçirilməsi;
• İH üzvlərinin bütün ölkəxarici və ölkədaxili səfərlərinin təşkil edilməsi və bundan irəli gələn proseslərin həyata keçirilməsi;
• Mütəmadi olaraq xarici vətəndaş olan İdarə Heyətinin üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərinin etibarlılıq müddətlərinin, ehtiyac olduğu halda iş icazələrinin alınması müddətlərinin yoxlanılması və bundan irəli gələn müvafiq işlərin həyata keçirilməsi;
• Sənədlərin tərtib edilməsi, tərcümə edilməsi, həmçinin icrada olan məsələlərə nəzarət edilməsi;
• Bankdaxili keçiriləcək iclasların mütəmadi şəkildə təşkil edilməsi və nəzarət edilməsi;
• Bayram və digər xüsusi günlərdə İH üzvləri adından məktubların hazırlanması və müvafiq qurumlara göndərilməsi;
• Digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər Sentyabr ayının 15-nə qədər öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Köməkçi” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.