10 C
Baku
Wednesday, December 11, 2024

İddialar şöbəsinin aparıcı hüquqşünası – Xalq Sığorta

0
İddialar şöbəsinin aparıcı hüquqşünası – Xalq Sığorta
Bakı
18.07.2024

Tələb olunan bilik və bacarıqlar:

  • Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər (Word, Excel-yaxşı səviyyədə);
  • Dil bilikləri- azərbaycan dili-əla; ingilis dili, rus dili -arzuolunandır.

Namizədə dair gözləntilər və xüsusi tələblər:

  • Ali hüquq təhsili;
  • İş təcrübəsi: minimum 3 il (sığorta sahəsində olması arzuolunandır);
  • Sığorta qanunvericiliyi üzrə biliklər;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətli.

Vəzifə öhdəlikləri:

  • Subroqasiya tələbləri üzrə lazımi materialların hazırlanması, müvafiq pretenziyaların göndərilməsi;
  • Subroqasiya tələbinin məhkəməyə qədər, məhkəmə və məhkəmədən sonrakı mərhələlərdə təmin edilməsi;
  • Məhkəmələrdə, ictimai və dövlət idarələrində şirkətin maraqlarını təmsil edilməsi;
  • Sığorta ödənişinin verilməsi barəsində məsələnin həllini tapmaq üçün hüquq-mühafizə və digər orqanlarından lazımi sənədlərin alınması;
  • Dövlət qurumlarının qərarlarından inzibati və məhkəmə qaydasında şikayətlərin verilməsi;
  • Aidiyyatı orqanlara sorğu və müraciətlərin göndərilməsi, daxil olmuş müraciətlərin cavablandırılması;
  • Görülmüş işlərə dair müvafiq hesabatların hazırlanması;
  • Şöbənin fəaliyyəti ilə əlaqədar digər tapşırıqların yerinə yetirilməsi.

Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  • İş yeri: Bakı şəhəri
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (İddialar şöbəsinin aparıcı hüquqşünası) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaHüquq, Sığorta