Bakı
18.07.2024
Tələb olunan bilik və bacarıqlar:
- Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər (Word, Excel-yaxşı səviyyədə);
- Dil bilikləri- azərbaycan dili-əla; ingilis dili, rus dili -arzuolunandır.
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali hüquq təhsili;
- İş təcrübəsi: minimum 3 il (sığorta sahəsində olması arzuolunandır);
- Sığorta qanunvericiliyi üzrə biliklər;
- Ünsiyyət qurmaq bacarığı;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli.
Vəzifə öhdəlikləri:
- Subroqasiya tələbləri üzrə lazımi materialların hazırlanması, müvafiq pretenziyaların göndərilməsi;
- Subroqasiya tələbinin məhkəməyə qədər, məhkəmə və məhkəmədən sonrakı mərhələlərdə təmin edilməsi;
- Məhkəmələrdə, ictimai və dövlət idarələrində şirkətin maraqlarını təmsil edilməsi;
- Sığorta ödənişinin verilməsi barəsində məsələnin həllini tapmaq üçün hüquq-mühafizə və digər orqanlarından lazımi sənədlərin alınması;
- Dövlət qurumlarının qərarlarından inzibati və məhkəmə qaydasında şikayətlərin verilməsi;
- Aidiyyatı orqanlara sorğu və müraciətlərin göndərilməsi, daxil olmuş müraciətlərin cavablandırılması;
- Görülmüş işlərə dair müvafiq hesabatların hazırlanması;
- Şöbənin fəaliyyəti ilə əlaqədar digər tapşırıqların yerinə yetirilməsi.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (İddialar şöbəsinin aparıcı hüquqşünası) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Hüquq, Sığorta |