Bakı
14.04.2026
Vəzifə öhdəlikləri:
- Gömrük prosedurlarına riayət etmək və lazımi sənədləri hazırlamaq;
- Sifariş olunan mal və xidmətlərə uyğun araşdırma aparılması, sərfəli qiymətin müəyyənləşdirilməsi və yekun hesabatın hazırlanması
- AQTA və digər dövlət qurumlarında məhsulların dövlət qeydiyyatına alınması (pestisidlər, aqrokimyəvi maddələr və s.) üçün sənəd paketinin hazırlanması
- İdxal olunan məhsullar üçün Fitosanitar, Uyğunluq və Gigiyenik sertifikatların alınması prosesinin idarə edilməsi;
- Gömrük bəyannamələrinin və digər müşayiətedici sənədlərin (Invoice, Packing List, CoA) dəqiqliyinin yoxlanılması;
- Logistik fəaliyyətlərin koordinasiyası
- İstifadəyə yararsız məhsul aşkarlandıqda pretenziya məlumatını hazırlamaq
- İdxal və ixrac əməliyyatı xidmətləri üzrə rəhbərliyin həvalə etdiyi digər funksiyalar
Tələblər:
- Ali təhsil (İqtisadiyyat və ya Logistika sahəsi üstünlükdür)
- Xarici dil biliklərinin olması (Rus və İngilis dili)
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi
- MS Office (xüsusilə Excel) və 1C 8.3 proqramında işləmək bacarığı.
- Azərbaycan Respublikası Gömrük Məcəlləsi və İncoterms (2010/2020) qaydalarını mükəmməl bilmək.
- Yüksək tempdə iş şəraitində işləyə bilməli
- Komandada işləmə bacarığı
- Ünsiyyət bacarığı
- Detallara diqqət etmək
Təklif edirik:
- Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə
- Rəqabətqabiliyyətli əmək haqqı
- Davamlı karyera inkişafı və Karyeraya uyğun əmək haqqı artımı
- İş ünvanı: Bakı şəh, Nərimanov rayonu Badamar plaza
Uyğun olan namizədlərdən öz CV-lərini mövzu hissəsində “İdxal və qeydiyyat şöbəsi üzrə aparıcı/baş mütəxəssis” qeyd etməklə hr@agricola.az göstərilən elektron poçt ünvanına və ya +994 10 230 38 91 əlaqə nömrəsinə göndərməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
| Kateqoriya | Digər şirkətlər |


