11 C
Baku
Tuesday, November 26, 2024

İnformasiya Təhlükəsizliyi üzrə (aparıcı, baş) mütəxəssis – AccessBank

0
İnformasiya Təhlükəsizliyi üzrə (aparıcı, baş) mütəxəssis – AccessBank
20.09.2019

İnformasiya Təhlükəsizliyi üzrə (aparıcı, baş) mütəxəssis

Vəzifə öhdəlikləri

 Kənar təhlükələrin və boşluqların, o cümlədən korporativ sistemlərinin boşluqlarının təhlili və onların qarşısının alınması üçün tədbirlərin işlənilib hazırlanması
 Bank əməkdaşlarının məlumat-hesablama resurslarına girişinin, səlahiyyətsiz giriş cəhdlərinin, informasiya mühafizəsi sistemlərinin və məlumatlandırma obyektlərinin vəziyyətinin monitorinqi
 SIEM sistemi vasitəsi ilə tətbiq edilən kontrolların monitorinq edilməsi və yaranan insidentlərin təhlili
 İnformasiya təhlükəsizliyi tələblərinə riayət olunmasına dair yoxlamaların həyata keçirilməsi
 Bank əməkdaşlarının tədrisində və informasiya təhlükəsizliyinin təmin olunması məsələləri ilə əlaqədar təlimatlandırılmasında iştirak etmək

Tələblər

 Network, TCP/İP protokolları, SİEM, Vulnerability scanner sistemlərinin işləmə prinsipləri haqqında biliklərə malik olması
 İngilis dili biliyi (İnformasiya texnologiyaları və informasiya təhlükəsizliyi xətləri üzrə texniki sənədlərin oxunması – kafi dərəcədə)
 Təhlükələrə, boşluqlara və mühafizə texnologiyaları sahəsində mütəxəssis bilikləri
 ISO 270001 standartları haqqında biliklərin olması
 Windows əməliyyat sistemi haqqında biliklər

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

İşin aid olduğu sahə

KateqoriyaİT