18 C
Baku
Thursday, April 25, 2024

İnformasiya təminatı şöbəsinə mütəxəssis (SQL Developer) – Bank Respublika

0
İnformasiya təminatı şöbəsinə mütəxəssis (SQL Developer) – Bank Respublika
06.02.2019

“Bank Respublika” ASC IT Departamentinin “İnformasiya təminatı şöbəsinə mütəxəssis (SQL Developer)” vəzifəsi üzrə vakansiya (2 vakant yer) elan edir.
Ümumi vəzifə öhdəlikləri:
 Müxtəlif struktur bölmələrin müraciəti əsasında qərar vermək məqsədilə biznes
informasiyanın hazırlanması;
 Bankdaxili proseslərin və hesabatların maksimum avtomatlaşdırılması;
 Bank proqramlarında günün bağlanmasının həyata keçirilməsi;
 Proqram təminatı serverinə xidmətin təmin olunması və layihələndirilməsi;
 Məlumat bazasının yaradılması və idarəedilməsi üzrə müasir texnologiyalarla işin aparılması.
Namizədə qarşı tələblər:
 Ali təhsil
 Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
 Dil bilikləri: Azərbaycan və rus dilləri (sərbəst), ingilis dili (orta);
 Məlumat bazalarının proqramlaşdırılması üzrə biliklər (SQL, PLSQL);
 Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
 Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
 Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.
Sizə nə təklif edirik?
 Əlverişli iş mühitində çalışmaq imkanı;
 Karyera və inkişaf perspektivləri;
 Rəqabətli əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini, email-in mövzu hissəsində “İnformasiya
təminatı şöbəsinə mütəxəssis (SQL Developer)” qeyd edərək [email protected] elektron
ünvanına göndərə bilərlər.
 Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və
müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
 Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş
namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaİT