AFB Bank İnnovasiyalar İdarəsi (ABS dəstək sahəsi) üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Aparıcı mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil (Riyaziyyat və ya bank işi üzrə arzuolunandır);
• CRM-sistemləri, Bank modulları, BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri sahəsində iş təcrübəsi;
• Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd hazırlamaq, ardıcıllıq alqoritmi qurma) hazırlamaq bacarığı;
• Bank məhsulları haqqında biliklərə malik olmaq;
• PL/SQL – də proqramlaşdırma bacarığı arzuolunandır;
• Məsuliyyət, komandada işləmək bacarığı; dəqiqlik, təşəbbüskarlıq.
İŞİN TƏSVİRİ:
• Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
• Biznes proseslər üzrə texniki sənəd (istifadəçi və texniki səviyyədə -use case) hazırlanması;
• Biznes proses üzrə minimal test planların və test ssenarilərinin hazırlanmasında iştirak;
• Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
• Görülən işlər barədə hesabatların təqdim edilməsi;
• İnnovasiyalar idarəsinin, Sifarişçi struktur və digər tərəfdaşlarla (3-cü şəxslər) texniki məsələlərinin müzakirə edilməsi və uyğunluğun təmin edilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnnovasiyalar İdarəsi üzrə aparıcı mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |