14 C
Baku
Monday, May 6, 2024

İnnovasiyalar İdarəsi üzrə (Texniki dəstək sahəsi) mütəxəssis – AFB Bank

0
İnnovasiyalar İdarəsi üzrə (Texniki dəstək sahəsi) mütəxəssis – AFB Bank
Bakı
21.08.2020

AFB Bank İnnovasiyalar İdarəsi üzrə (Texniki dəstək sahəsi) mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil;
• Helpdesk vəzifəsində1-3 il iş təcrubəsi;
• Windows əməliyyat sistemləri və perifirik qurğular ilə iş təcrübəsi;
• Desktop və Notebook-larda yaranan hardware problemlərin həll olunması üzrə təcrübəyə malik olmaq;
• Active Directory-də helpdesk səviyyəsində işlərin görülməsi;
• Şəbəkə avadanlıqlarla (Cisco,HP) switch və router-larda helpdesk səviyyəsində iş təcrübəsi;
• DNS,DHCP,LAN,WAN üzrə biliklərə sahib olmaq.

İŞİN TƏSVİRİ:

• Kompüter avadanlığı, sistemlərdə olan problemlərin və təhlükəsizlik qüsurlarının aradan qaldırılması;
• Proqram və avadanlıqların ciddi təhlükəsizlik qüsurları olarsa onların ilkin diaqnostikası ilə məşğul olmaq və nəticənin uyğun mütəxəssislərə çatdırılmasını təmin etmək;
• Bankda kompüter avadanlıqlarına proqramların qurulmasını, onların ilkin təhlükəsizlik xidmətinin göstərilməsini və qüsurların aradan qaldırılmasını təmin etmək;
• Antivirus və Firewall proqramlarının işinin vaxtaşırı yoxlanması;
• Kompüterlərdəki zəruri informasiyanın arxivləşdirilməsi və zərurət olduqda bərpasını təşkil etmək;
• Direktorun və menecerin bu sahə üzrə vermiş olduğu tapşırıqların yerinə yetirilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnnovasiyalar idarəsi üzrə mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi