28 C
Baku
Saturday, July 27, 2024

İnsan Resursları departamentinin kiçik mütəxəssisi – Smart Audit

0
İnsan Resursları departamentinin kiçik mütəxəssisi – Smart Audit
Bakı
09.02.2022

Vəzifə təlimatları:

  • Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən müəssisə, idarə və təşkilatlarda işçilərin işə qəbulu, işdən çıxarılması, bir iş yerindən başqa iş yerinə keçirilməsi, vəzifəsinin dəyişilməsi, mükafatlandırılması, məzuniyyətin verilməsi və s. rəsmiləşdirilməsi;
  • Elektron hökumət portalında işçilərin işə qəbulu, işdən çıxarılması , vəzifə/əmək haqqı dəyişilməsinin həyata keçirilməsi;
  • İşçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, bütün növ məzuniyyətlərin rəsmiləşdirilməsi, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət edilməsi;
  • Aylıq davamiyyət cədvəllərinin hazırlanması;
  • İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən işçilərin icbari sığortasının təmin edilməsi;
  • İnsan Resursları departamentinə aid digər işlərin yerinə yetirilməsində departament menecerinə köməklik edilməsi.

Vəzifə ilə bağlı tələblər:

  • Ali təhsil;
  • Əmək Məcəlləsi və digər normativ-hüquqi aktlar üzrə biliklər;
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Gündəlik deadline-lara ciddi riayət;
  • Komandada işləmək bacarığı;
  • Peşəkar inkişafa meyllilik;
  • Riyazi biliklər və analitik düşüncə qabiliyyəti;
  • Azərbaycan dilində mükəmməl, ingilis dilində yazılı və şifahi ünsiyyət bacarığı.

İş yeri : Cəfər Cabbarlı 609, Globus Center 12-ci mərtəbə;

İş günləri – həftədə 5 gün, 09:00-dan 18:00-dək;

Əmək haqqı: 400-500 AZN

Göstərilən vəzifə üzrə maraqlanan namizədlərdən mövzu hissəsində “İnsan Resursları departamentinin kiçik mütəxəssisi” yazmaqla bu elektron poçt ünvanına CV göndərmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, İnsan Resursları (HR)