2 C
Baku
Saturday, December 14, 2024

İnsan resursları şöbə rəhbəri (Sumqayıt) – MKT İstehsalat Kommersiya MMC

0
İnsan resursları şöbə rəhbəri (Sumqayıt) – MKT İstehsalat Kommersiya MMC
Sumqayıt
25.06.2023

İşiniz nələrdən ibarət olacaq?

  • Bütün növ İR əməliyyatları (əmr, sənədləşmə, məzuniyyət, ezamiyyət, inzibati tənbeh, Əmək Müfəttişliyi və Daxili Audit sorğuları, məktublar, miqrasiya və s.) icrasında iştirak və nəzarət etmək;
  • Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin daxil edilməsi əməliyyatlarını icra etmək və nəzarət etmək;
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması işlərində iştirak etmək və ezamiyyə ilə bağlı əməliyyatlara nəzarət etmək;
  • İllik məzuniyyət qrafiklərini nəzarətdə saxlamaq, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
  • Vəzifə təlimatlarının yazılması, yenilənməsində iştirak və bu prosesin təşkil edilməsi;
  • İşçilərin işə qəbul prosesinə nəzarət etmək;
  • İşçilərin əmək haqqı hesablanması prosesinə nəzarət etmək.

İşinizi görmək üçün sizdən nələri tələb edirik?

  • Ali təhsil (İnsan Resursları sahəsində olması üstünlükdür);
  • İR üzrə minimum 3 illik iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
  • Elektron Hökümət Portalları ilə ( e-sosial; İSB; ƏMAS) işləmə bacarığı;
  • Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək (1С 8.3 proqramında işləmə bacarığı);
  • Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • İngilis və rus dili arzu olunandır.

Vakansiya haqqında əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:00-18:00);
  • İş yeri: Sumqayıt (Giltex).

Müraciət linki

İşin aid olduğu sahə

Kateqoriyaİnsan Resursları (HR)