10 C
Baku
Wednesday, December 11, 2024

İnsan resursları şöbəsinin müdiri – Abşeron Logistika Mərkəzi

0
İnsan resursları şöbəsinin müdiri – Abşeron Logistika Mərkəzi
Bakı
22.10.2020

Abşeron Logistika” MMC “İnsan resursları şöbəsi” nin müdiri vəzifəsi üzrə vakansiya elan edir.

İşin təsviri:

• Təşkilati, professionalizm və heyyət nöqteyi nəzərindən ona tabe olan sahənin idarə edilməsi və monitorinqinin (işə nəzarət edilməsi və nəticələrin təhlili) aparılmasını;
• Şöbəsinə rəhbərlik edir və səlahiyyətləri çərçivəsində şöbə əməkdaşlarına müvafiq tapşırıqlar verir;
• Rəhbərliyi şirkətin kadr siyasətində baş verən qeyri-tipik hadisələr barədə müntəzəm və fövqəladə məlumatlandırmanı;
• Səlahiyyətinə müvafiq olaraq qərarların qəbul edilməsi;
• Müəssisənin strateji və əməlliyat planlarının hazırlanmasında yaxından iştirak edilməsi və strateji plan qrupunun zəruri məlumatlarla təmin edilməsini;
• Həvalə olunmuş vəzifələrin düzgün və vaxtlı-vaxtında yerinə yetirilməsini;
• Müəssisənin iş prosesinə mane olan halları aşkar edib qarşısının alınmasını;
• Müəssisənin personalının “Daxili nizam-intizam qaydaları”na əməl edilməsinə görə məsuliyyət daşıyır;
• İşçilərin mükafatlandırılması üzrə sənədlərin hazırlanmasını;
• İşçilərin sənəd dövriyyəsinin doğru və zamanında aparılmasını təmin edir;
• Tələb olunan bacarıqlara rəğmən mövcud qabiliyyətləri araşdırır və ehtiyac duyulan treyninq boşluqlarını müəyyənləşdirir;
• İllik treyninq və inkişaf planının işlənib hazırlanmasında iştirak edir, o cümlədən treyninq büdcəsini tərtibatında iştirak edir;
• Treyninqlərin kurslar , seminarlar şəklində təşkil olunması təşəbbüsü ilə çıxış edir və onlara rəhbərlik edir;
• Müəssisədə mövcud vakansiyalar üzrə müvafiq namizədlərin rezüme bazasını yaradır və yeniləşdirir;
• Mövcud vakant vəzifələr üçün namizədlərlə ilkin müsahibə aparır və qiymətləndirir;
• Müəssisənin fəaliyyət növünü, strateqiyasını və məqsədlərini nəzərə alaraq tələb olunan peşə və ixtisasa malik olan kadrlarla müəssisəni təmin edir;
• Kadrların seçilməsi, onların mənəvi, işgüzar və ixtisas keyfiyyətləri əsasında yerləşdirir;
• Struktur bölmələrdə işçilərin düzgün istifadəsinə nəzarət edir;
• Müəssisənin kadr siyasətini və strateqiyasını tərtib edir;
• Müəssisə personalı tərəfindən daxil olan ərizə və şikayətlərin baxılması işini təşkil etmək, qoyulan məsələləri vəzifə səlahiyyətləri çərçivəsində həll edir;
• Zəruri halda müəssisənin işçilərinin attestasiyasının keçirilməsini təşkil edir, yaradılmış komissiyaların işinə nəzarət edir, o cümlədən:
– İşçilərin attestasiyasının aparılmasının təşkili, onun metodiki və məlumati təminatı;
– Attestasiyanın nəticələrin təhlilində iştirak edilməsi və attestasiya komissiyasının qərarlarının həyata keçirilməsi üçün tədbirlərin hazırlanması;
• Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və Direktorun əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, köçürulməsi və işdən azad edilmələrinin vaxtında rəsmiləşdirilməsi və həyata keçirilməsi;
• Müəssisənin şəxsi heyətin uçotunu aparır;
• Marağı olan bölmə rəhbərləri ilə birlikdə işçilərin yığılması və seçilməsi, onların göstərilən vəzifələrə təyin edilməsi üçün müvafiq təkliflərin təqdim edilməsi, işə qəbul olunma haqda əmrlərin və digər tələb olunan zəruri sənədlərin rəsmiləşdirilməsini;
• Əmək kitabçalarının qəbulu, doldurulması və saxlanılmasını.;
• Əmək stajının hesablanması və kadrlar üçün müəyyən edilmiş sənədlərin aparılmasını;
• Tabel uçotu, məzuniyyət qrafikin tərtibatı və icrasını;
• İşçilərin şəxsi işlərin hazırlanmasını və aparılmasını, əmək fəaliyyətilə bağlı dəyişikliklərin edilməsini;
• Müəyyən olunmuş müddət bitdikdən sonra sənədlərin arxivə təhvil verilməsi üçün hazırlanmasını;
• Əmək qanunvericiliyinin tələblərinə əməl etmək;
• Ən azı bir ay əvvəlcədən işdən azad edilməsi barədə rəsmi qaydada olan müvafiq təklifini işəgötürənə bəyan edir;

Namizədə tələblər:

• Ali təhsil (magistr)
• Kompüterdə sürətli işləmək bacarığı
• MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı
• Komandada işləmək bacarığı, yaradıcı və innovativ yanaşmalara açıq olan
• Xarici dil bilikləri ( Rus və İngilis dili)
• Operativlik, dəqiqlik
• Məsuliyyətli, punktual,daim öz üzərində çalışan

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İnsan Resursları şöbəsi”nin müdiri şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

Kateqoriyaİnsan Resursları (HR)