Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: İnsan Resursları üzrə aparıcı mütəxəssis
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Sahə üzrə min. 3 il
Təhsil: Ali
Yaş həddi: 23-36
İşin təsviri: Kadr inzibatçılığı ilə əlaqədar prosesləri icra edir.
Vəzifə öhdəlikləri:
– E-gov portalında əməliyyatları icra etmək;
– Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
– Statistika hesabatlarını hazırlamaq;
– Şirkətin kadr işləri üzrə sənədləşmə prosesini idarə etmək;
– İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
– Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə məzuniyyət cədvəllərini tərtib etmək və işçilərə məzuniyyətlərin verilməsini, onların uçotunun aparılmasını, ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək;
– Əmək kitabçalarında qeydlər aparmaqla qeydiyyatını aparmaq;
– İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
– Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək.
Tələblər:
– Mükəmməl səviyyədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
– Sənədləşdirmə və yazımşa işlərini aparmaq qabiliyyəti ;
– MS Office kompüter proqramlarından istifadə etmək bacarığı;
– Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti;
– E-gov Elektron Hökumət Portalında işləmə bacarıqları.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
– İş yerinə nəqliyyat ilə çatdırılır;
– Nahar ilə təmin edilir.
Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “İnsan Resursları üzrə aparıcı mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz.
İşin aid olduğu sahə
Kateqoriya | İnsan Resursları (HR) |