13 C
Baku
Friday, April 26, 2024

İnsan Resursları üzrə aparıcı mütəxəssis – Veysəloğlu Şirkətlər Qrupu

0
İnsan Resursları üzrə aparıcı mütəxəssis – Veysəloğlu Şirkətlər Qrupu
16.08.2019

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: İnsan Resursları üzrə aparıcı mütəxəssis

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Sahə üzrə min. 3 il
Təhsil: Ali
Yaş həddi: 23-36

İşin təsviri: Kadr inzibatçılığı ilə əlaqədar prosesləri icra edir.

Vəzifə öhdəlikləri:

– E-gov portalında əməliyyatları icra etmək;
– Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
– Statistika hesabatlarını hazırlamaq;
– Şirkətin kadr işləri üzrə sənədləşmə prosesini idarə etmək;
– İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq; 
– Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə məzuniyyət cədvəllərini tərtib etmək və işçilərə məzuniyyətlərin verilməsini, onların uçotunun aparılmasını, ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək;
– Əmək kitabçalarında qeydlər aparmaqla qeydiyyatını aparmaq;
– İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması; 
– Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək.

Tələblər:

– Mükəmməl səviyyədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
– Sənədləşdirmə və yazımşa işlərini aparmaq qabiliyyəti ;
– MS Office kompüter proqramlarından istifadə etmək bacarığı;
– Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti;
– E-gov Elektron Hökumət Portalında işləmə bacarıqları.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– İş yerinə nəqliyyat ilə çatdırılır;
– Nahar ilə təmin edilir.

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “İnsan Resursları üzrə aparıcı mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz.

İşin aid olduğu sahə

Kateqoriyaİnsan Resursları (HR)