6 C
Baku
Sunday, December 15, 2024

İnsan Resursları üzrə mütəxəssis – Dövlət Agentliyi yanında Publik Hüquqi Şəxs

0
İnsan Resursları üzrə mütəxəssis – Dövlət Agentliyi yanında Publik Hüquqi Şəxs
Bakı
05.03.2021

İşəgötürən: Dövlət Agentliyi yanında Publik Hüquqi Şəxs

Vəzifə: İnsan Resursları üzrə mütəxəssis

İş barədə məlumat:

– İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir;
– Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
– Elektron hökumət portalında “Əmək və Əhalinin sosial müdafiə Nazirliyi” bildiriş bazasında kadrlarla bağlı işə qəbul, xitam və digər əməliyyatların aparılması;
– Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
– İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
– İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
– İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
– Peşələr üzrə vəzifə təlimatlarının yazılması;
– Kadr axınının səbəblərini öyrənilməsində və onların aradan qaldırılması tədbirlərinin işlənib hazırlanmasında iştirak edir;
– Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
– İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və rəhbərliyə hesabat verir;
– Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir.

Namizədə tələblər:

– İş təcrübəsi: İnsan Resursları üzrə minumum 3 il iş təcrübəsi. (Dövlət orqanlarında çalışanlara üstünlük verilir)
– Təhsili/ixtisası: Ali təhsil.
– Dil bilikləri: Azərbaycan dili mükəmməl səviyyədə ( İngilis və rus dilləri orta səviyyədə)
– Kompüter bilikləri: Ofis proqramları (excell irəli səviyyədə).
– Fərdi keyfiyyət tələbləri: Yaradıcı, yenilikçi və inkişafa açıq, yüksək ünsiyyət bacarığı və təqdimetmə bacarığı, Məlumatı toplamaq və təhlil etmək bacarığı, Məntiqli düşünmə və problemləri araşdırma bacarığı, etibarlılıq və şirkətə sədaqətlilik; komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi,məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı)

İş qrafiki:

Həftə içi 5 gün, saat 09:00-18:00.
İş yeri: Bakı şəhəri

Vakansiya üçün müraciət qaydası: CV-lər “İnsan Resursları üzrə mütəxəssis” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları, İnsan Resursları (HR)