İnsan resursları üzrə mütəxəssis – Eden Agro MMC

0
İnsan resursları üzrə mütəxəssis – Eden Agro MMC
Ağcabədi, Beyləqan, Füzuli
23.04.2026

Vəzifə öhdəlikləri:
Ağcabədi, Füzuli, Beyləqan üzrə insan resursları əməliyyatlarının (işə qəbul, işdən çıxma, məzuniyyət, ezamiyyət, davamiyyət) tam dövriyyəsinin idarəedilməsi
Əmək müqavilələrinin, əlavə razılaşmaların və xitam sənədlərinin vaxtında və düzgün tərtibi;
ƏMAS sisteminə məlumatların daxil edilməsi və yoxlanılması.İşçilərin şəxsi işlərinin formalaşdırılması, arxivləşdirilməsi və insan resursları yoxlamaları üçün hazır saxlanılması;
Şəxsi məlumatların konfidensiallığının qorunması və məlumat təhlükəsizliyi qaydalarına riayət;
Müsahibələrin təşkili, nəticələrin sənədləşdirilməsi və seçilmiş namizədlərlə rəsmi kommunikasiyanın aparılması;
Davamiyyət tabellərinin hazırlanması, yoxlanılması və aylıq hesabatların təqdim olunması;
Məzuniyyət planının illik əsasda formalaşdırılması və faktiki icrasına nəzarət;
Şirkətin müvafiq proqram təminatında əməkdaşların iş qrafiklərinin, digər əmək fəaliyyəti ilə əlaqədar məlumatlarının daxil edilməsi və daimi müvafiq düzəliş və dəyişikliklərin edilməsi;
İnsan resursları sənədlərinin korporativ standartlara uyğun arxivləşdirilməsi və elektron sistemdə saxlanılması.

Vəzifə tələbləri:
Ali təhsil (idarəetmə, biznes, hüquq və ya əlaqəli sahə üstünlükdür);
Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
Elektron Hökümət Portalları ilə ( ƏMAS; İSB; ) işləmə bacarığı;
Sənədlərlə işləmə və arxivləşdirmə bacarığı;
Sıx deadline-lar  şəraitində tapşırıqları  vaxtında və keyfiyyətli icra etmə bacarığı;
Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik;
Azərbaycan dili səlis, İngilis dili arzuolunandır;
1C / ERP, MS Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.

İş şəraiti:
Struktur: İR və İnzibati işlər departamenti
Birbaşa rəhbər: İR və İnzibati işlər departamentinin rəhbəri
İş yeri: Ağcabədi, Beyləqan, Füzuli
İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00)

Biz təklif edirik:
Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
Korporativ tibbi sığorta paketi;
Peşəkar və liderlik inkişaf proqramları;
Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;
Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları;
Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı;
Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti;
Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı.

Maraqlanan şəxslər öz CV formalarını “İnsan resursları üzrə mütəxəssis” başlığı ilə hr@edenagro.az elektron poçt ünvanına 10.05.2026 tarixinə qədər göndərə bilərlər.

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

İşin aid olduğu sahə

Kateqoriyaİnsan Resursları (HR)